Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək?

Bakı/21.09.18/Turan: Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

Məmmədyarov sessiyanın ümumi müzakirələrində və gündəliyin müxtəlif məsələləri üzrə iclaslarda çıxış edəcək, çoxsaylı ikitərəfli görüşlər keçirəcək, bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Bir müddət əvvəl Məmmədyarov sessiya çərçivəsində Ermənistan XİN başçısı Zoqrab Mjatsakanyanla görüşünün planlaşdırıldığını bildirmişdi.

Ermənistan KİV-ləri də bu görüşə hazırlıq haqqında məlumat yaymışdı, amma hələlik görüşün baş tutacağının təsdiqi yoxdur. -03B06-

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti