Писатель Акрам Айлисли
Əkrəm Əylisli ABŞ-da kitabının təqdimatı barədə
Bakı/09.01.19/Turan: Azərbaycan hüquq-mühafizə orqanlarının məhdudiyyəti səbəbindən yazıçı Əkrəm Əylisli yanvarın 8-də Vaşinqtonda kitabının təqdimat mərasimində iştirak edə bilməyib.
Yazıçı Turan-ın müxbirilə söhbətində bildirib ki, ABŞ-da onun kitabı "Əlvida, Əylis" adı ilə ingilis dilində nəşr edilib. Kitaba "Yəmən", "Daş yuxular", "Möhtəşəm tıxac" və "Əlvida, Əylis" romanları daxildir.
Yazıçı açıqlama verib ki, "Əlvida Əylis" qeyri-ənənəvi romandır, Azərbaycan və rus dillərində nəşr olunmayıb, ilk dəfə ingilis dilində işıq üzü görüb.
Müəllif bu əsəri "etiraf" adlandırıb. Roman lirik tonda yazılıb və "Daş yuxular"ın nəşrindən sonra təqiblərə məruz qalan müəllifin mənəvi yaşantılarını əks etdirir. Bu yaşantılar "Daş yuxular"ın qəhrəmanının hissləri ilə oxşardır.
Yazıçı altı ildir ki, dəvət aldığı beynəlxalq ədəbi tədbirlərə gedə bilmir. O, müalicə üçün də ölkədən çıxmaq imkanlarından məhrumdur.
Yazıçı yaradıcılıq işini davam etdirməsilə bağlı sualın cavabında deyib: "Səhhətimlə bağlı ciddi problemlər var, altı ildir ki, məni yaradıcılıqla məşğul olmağım xilas edir".
81 yaşlı yazıçı Azərbaycanın baş prokuroruna müraciət edərək müalicə olunmaq üçün ölkədən çıxışına icazə verilməsini xahiş edib. Ancaq məsələ həllini tapmayıb.
Yaşlı yazıçının guya Bakı aeroportunda Sərhəd Xidmətinin əməkdaşını döyməsilə bağlı ona qarşı açılmış cinayət işi hələ bağlanmayıb.
"Görünür, bu işi ona görə açıblar ki, mən İtaliyaya ədəbi tədbirə gedə bilməyim. 2,5 il keçib, ancaq iş hələ də bağlanmayıb", - Ə.Əylisli bildirib.
Bu günlərdə o, İsveçrəyə ədəbi tədbirə getmək imkanlarından da məhrum edilib.-06B-
-
- İqtisadiyyat
- 9 Yanvar 2019 15:54
Cəmiyyət
-
Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir.
-
Mayın 2-də Bakıda və Abşeronda yağıntı gözlənilmir, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə müsbət 13+16, gündüz müsbət 19+23 dərəcə olacaq.
-
Ötən gecə iki avtoxuliqan şəhərin mərkəzində yarışa girərək, zəncirvari qəza törədib.
-
Azercell-in dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər daha 10 medal qazanıblar 16-21 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə yüksək səviyyəli turnir keçirilib. Sözügedən müsabiqədə “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı çərçivəsində İnformatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. Onlayn fortmatda yarışa qatılan şagirdlər yuxarı yaş qrupu üzrə 5 gümüş, aşağı yaş qrupu üzrə 5 bürünc medal olmaqla ümumilikdə 10 medal qazanıblar.
Rəy yaz