Müxalifətin mitinqinə həmişəkindən daha çox insan gəlib
Bakı/19.01.19/Turan: Saat 15-də "Məhsul" stadionunda müxalifətin Demokratik Qüvvələrin Milli Şurası tərəfindən təşkil edilmiş mitinqi başlayıb.
Bloger Mehman Hüseynovun və bütün digər siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında Xalq Cəbhəsi, Müsavat, REAL partiyaları və ADR Hərəkətinin fəalları iştirak edir.
Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, polis gücləndirilmiş təhlükəsizlik tədbirləri görür və mitinqə gələnləri üç dəstə yoxlayır. Həmişə olduğu kimi, hakimiyyət sosial şəbəkələrə birbaşa yayına yol verməmək üçün mitinqin keçirildiyi yerdə internetə girişi bloklayır. -02B-
-
- Cəmiyyət
- 19 Yanvar 2019 12:55
Siyasət
-
Bu gün vəkil Elmar Süleymanov 1 saylı Bakı İstintaq Təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə görüşüb.
-
1 May - Beynəlxalq Əmək Günündə işçi haqları fəalları işçilərlə həmrəy olduqlarını nümayiş etdirmək üçün Bakının Mərkəzi Parkında yerləşən körpüyə "Sahib olduğunuz sərvət işçilərdən oğurluqdur" bannerini asıblar.
-
Mayın 1-də Azərbaycan prezidenti İlham Əliyev İraq Respublikası parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
-
Bakı Şəhər İcra hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 5-də etiraz aksiyası keçirmək barədə müraciətinə yenidən imtina cavabı verib. Bu barədə Turan-a Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli bildirib.
Rəy yaz