İlham Əliyev və Nikol Paşinyan görüşüb

Bakı/23.01.19/Turan: Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

"Davosda İlham Əliyevlə qeyri-rəsmi görüş keçirildi. Müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi apardıq. Görüş təxminən bir saat davam etdi," Nikol Paşinyan Facebook səhifəsində yazıb.

Müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi apardıq.

Nikol Paşinyan, Ermənistanın baş naziri

Öz növbəsində, AZƏRTAC dövlət agentliyi də iki ölkə rəhbərinin qeyri-rəsmi görüşü barədə məlumat yayıb.

"Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib", agenlik qeyd edib.-0-

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti