bbc.co.uk
Transparency International: Azərbaycanda korrupsiya güclənib
Bakı/29.01.19/Turan: Azərbaycan korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yeri tutur. Beləliklə, ölkə ötən illə müqayisədə 30 bənd aşağı düşüb. Beynəlxalq Transparency İnternational təşkilatının yanvarın 29-da dərc etdiyi Korrupsiyaİndeksinin gəldiyi nəticə belədir.
Təşkilatın hesabatında qeyd edilir ki, son beş ildə Azərbaycanda korrupsiya səviyyəsində müsbət dinamika müşahidə olunub. Amma ötən il ölkədəki mənfi proseslərin gizlədilməsi məqsədilə Avropa qurumlarının ələ alınması faktları aşkar edilib. Xüsusən, "Azərbaycan landromatı" hesabatı Avropa Şurası deputatlarının mütəşəkkil şəkildə ələ alınması, böyük pul məbləğlərinin köçürülməsi faktlarını aşkar edib, deyə hesabatda qeyd edilir.
Qeyd edək ki, Korrupsiya İndeksində Gürcüstan 41-ci, Ermənistan 105-ci, Rusiya və İran 138-ci yeri tutub.
Korrupsiya İndeksi ekspertlər tərəfindən məlumatların təhlili əsasında müəyyən edilir. -16D-
-
- Cəmiyyət
- 29 Yanvar 2019 11:40
-
- Kənd təsərrüfatı
- 29 Yanvar 2019 12:32
Siyasət
-
Anar Məmmədli saxlanılıb, araşdırma aparılır, ictimaiyyətə əlavə məlumat veriləcək. Bu barədə Turana Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əmakdaşı İbrahim Əmiraslani bildirib.
-
Meclis.info saytının rəhbəri, qaçaqmalçılıq ittihamı ilə həbs edilmiş İmran Əliyev amansız işgəncələrə məruz qalır və onun valideynlərinə psixoloji təzyiq göstərilir. Bu barədə aprelin 29-da "Müdafiə xətti" hüquq-müdaiə təşkilatının rəhbəri Rüfət Səfərov öz Facebook hesabında etibarlı mənbəyə istinadən bildirib.
-
Aprelin 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfərə gedib.
-
Aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat, hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sahibkar Nazim Bəydəmirlinin işi üzrə hazırlıq iclası keçirilib.
Rəy yaz