Ağacın düşməsi nəticəsində üç qadın xəsarət alıb

Bakı/16.10.19/Turan: Bazar ertəsi axşam saatlarında Bakının Yasamal rayonunda ağacın budağının düşməsi nəticəsində üç qadın xəsarət alıb. Hadisə metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında avtobus dayanacağında baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Turan-a verilən məlumata görə, xəsarət alanlar şəhər kliniki mərkəzinə çatdırılıblar. Həkimlər qadınlardan birinə kəllə-beyin travması, digər ikisinə onurğa travması diaqnozu qoyublar. Hər üçü tibbi müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb.

Bakı şəhər İcra Hakimiyyətinin Bitkilərin və Yaşıllığın Mühafizəsi şöbəsinin nümayəndəsi Orxan Məmmədov bildirib ki, budağın düşməsinin səbəbi məlum deyil.

"Ağac sağlam, zədəsiz idi". -05D-

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti