Prokurorluq yarım milyonun oğurlanmasını bağışlayıb?

Bakı/18.10.19/Turan: Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində "Kaspi liseyi ümumtəhsil məktəbi" MMC-də 564 min manatın məimsənilməsi işi üzrə prosesdə yekun çıxışlar olub.

İş üzrə iki müttəhim keçir - liseyin mühasibləri Tural Məmmədov və Fəraim Möhbalıyev. Onıar liseyin təsisçisi Sona Vəliyevanın (Azərbaycan prezidentinin köməkçsi Əli Həsənovun xanımı) şikayəti əsasında həbs ediliblər və CM-in 179.4-cü maddəsi (külli miqdarda mənimsəmə) ilə ittiham olunublar.

Proses zamanı müttəhimlər S.Vəliyevanın məhkəməyə çağırılmasına təkid ediblər, lakin bu, olmayıb. Hakim məhkəmə istintaqının başa çatdığını bildirəndə müttəhimıər qeyri-obyektiv araşdırmaya etiraz olaraq aclıq elan ediblər.

Bugünkü iclasda prokuror T.Məmmədovun və F.Möhbalıyevin şərti olaraq 6 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihamda qeyd edilib ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq baş mühasib və mühasib vəsaitin 564 minini sistemə daxil etməyib mənimsəyiblər.

Baş mühasib T.Məmmədov özünü qismən təqsirli bilərək deyib ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi 564 min manat deyil, 350 min maatdır. Onun sözlərinə görə, təsisçi S.Vəliyeva ona təklif edib ki, bütün məbləği götürdüyünü boynuna alsa, polisə şikayət etməyəcək.

"Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün 1 il möhlət verməsini xahiş etdim", - T.Məmmədov məhkəmədə deyib.

F.Möhbalıyev özünü təqsirli saymayıb.

Qeyd edək ki, sözügedən maddə 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. İstintaqın niyə birdən öz mövqeyini yumşaltmaq qərarına gəldiyini düşünmək qalır.-21C-

Rəy yaz

Cəmiyyət

Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəb və məqsədləri nə ola bilər? – Mirəli Hüseynov Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti