Müxalifət şəhərin mərkəzində icazəsiz aksiya keçirmək niyyətindədir

Bakı/16.10.19/Turan: Bakı meriyası Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-da şəhərin mərkəzində mitinq keçirməsinə icazə verməyib. Hakimiyyət mitinqin Lökbatan qəsəbəsində keçirilməsini təklif edib.

"Meriya növbəti dəfə toplaşma azadlığı hüququnu pozaraq aksiyanın Lökbatanda keçirilməsini tələb edir. Ancaq biz artıq bəyan etmişik ki, bu, bizi qane etmir və dinc mitinq oktyabrın 19-da saat 15:00-da "28 may" metro stansiyasının qarşısındakı meydanda olacaq.

Xatırladaq ki, bundan öncə paytaxt polisi bildirib ki, icazəsiz aksiyanın qarşısı alınacaq. Səhih məlumata görə, polis müxalifətin mitinqinin keçirilməsinə yol verməmək üçün AXCP fəallarını saxlamağa başlayıb. -21B-

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti