Müsavat: "Üzvlərimizə ciddi təzyiq var"

Баку/19.10.19/Turan: "Müsavat" Partiyasının üzvlərinə ciddi təzyiq var, ölkə boyu müsavatçıları polisə çağırırlar, həbs edirlər. Bunu AzadlıqRadiosuna partiyanın rəhbərliyindən məlumat verilib.

Məlumata görə, partiyanln Kürdəmir təşkilatımızın sədri ilə birlikdə bir neçə partiya üzvü də həbs olunub. "Bundan əlavə Şirvan təşkilatın rəhbərlərindən biri Saday Hacılı həbs olunub. Cəlilabad təşkilatın sədri Azər Əsgər hazırda polis idarəsindədir. Daha iki Məclis üzvü Akif Bədirli, Əlipənah Rzalı polisə çağrılıb. Mingəçevir təşkilatın sədri Ağahüseyn Mahmidbəyli, Zərdab təşkilatın sədri Ceyhun Məmmədli, Biləsuvar təşkilatın rəhbərlərindən biri Qoshqar Nuraliyev, Aqil Mahmudov Göyçay polisinə çağrılıb, Şəki, Xızı, Xaçmaz, Astara, Masallı, Göyçay, Xəzər, Salyan təşkilatlarının sədrləri və başqaları polisə çağrılıb. Bakıda isə başqan müavini Razim Əmiraslanlinın evinə polis gəlib, Məclis üzvü Azər İsmayıllını isə iştirak etdiyi yas mərasimindən polis aparıb".

Müsavat Partiyasının rəhbərliyindən vurğulanıb ki, bu, hələ ki, tam siyahı deyil, həbs olunanların adları dəqiqləşdirir.

Həmçinin bildirilib ki, həbslərin səbəbi Milli Şuranın şənbə mitinqdir. -021С-

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti