19 oktyabr etirazlari - VİDEOLAR

Bakı/19.10.19/Turan: Saat 17:00 radələrində Bakının mərkəzi küçələrində etirazlar başa çatıb. Bir sıra küçələrdən polis kordonları qaldırılıb. Amma metronun "28 May" stansiyasına keçidlər hələ də bağlıdır.
AXCP-nin məlumatına görə, yüzlərlə insan saxlanılıb. Bakı Baş Polis İdarəsindən bildiriblər ki, rəsmi məlumat bir qədər sonra yayılacaq.
Saxlanılmalar zamanı bir neçə jurnalist xəsarət alıb. Polis çəkiliş aparan reportyorlara maneə törədib. -0-

* * *

2019 Oktyab 19 (Şəmbə) 17:10:52

Polis yüzə yaxın etirazçını saxlayıb

Bakı/19.10.19/Turan: Əli Kərimli ilə birlikdə Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvləri Vahid Məhərrəmli və Tofiq Yaqublu da saxlanılıb. Onlar birlikdə Kərimlinin evindən çıxıblar, burada bir qrup fəal da onlara qoşulub.

Onlar bir neçə yüz metr irəliləməyə müvəffəq olublar. Heydər Əliyev Sarayının qarşısında Kərimli, Yaqublu və Məhərrəmli və digər fəallar güc tətbiq edilməklə saxlanılıb.

Bundan sonra ətrafda olan etirazçılar hökumət əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Polis fəalları kütləvi şəkildə saxlamağa başlayıb. 100-ə yaxın insan saxlanılıb, onlar üç avtobusa mindirilib və naməlum istiqamətə aparılıb. -06D-

Əli Kərimli saxlanılıb

Bakı/19.10.19/Turan: Polis AXCP lideri Əli Kərimlini evdən çıxarkən saxlayıb.

Həmçinin "Azadlıq" qəzetinin əməkdaşı, AXCP üzvü Təzəxan Mirələmli saxlanılıb.

Şəhərin mərkəzində polis qüvvələri insanların 5-10 nəfərlik qruplar şəklində toplanmasına icazə vermir.

Heydər Əliyev Sarayı qarşısında saxlanılmalar aparılıb.

Şəhərdə gizli FH rejimi fəaliyyət göstərir.

Mərkəzə və Bakının bir çox digər hissələrində İnternet kəsilib, mobil rabitədə fasilələr var.

Bir çox regionlarda, o cümlədən Gəncə, Masallı, Lənkəranda da internet kəsilib. -06D-

Rəy yaz

Siyasət

Кто стоит за терактом в «Крокус сити», и каковы его последствия для России? - беседа с политологом Аркадием Дубновым в "Çətin sual"



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti