Bakıda Polşa filmləri festivalı açılıb
Bakı/12.11.19/Turan: Çərşənbə axşamı Bakıda dördüncü “Visla” Polşa filmləri festivalı başlayıb. Həftə ərzində 6 film nümayiş etdiriləcək.
Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçılo festivalın açılışındakı çıxışında deyib ki, bu cür tədbirlər Azərbaycan və Polşa mədəniyyətlərini yaxınlaşdırır.
Festivalın direktoru Malqojata Şlyaqovska-Skulska qeyd edib ki, Polşa filmləri festivalı Azərbaycan, Rusiya, Serbiya, Xorvatiya, Gürcüstan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın 52 şəhərində keçirilir.
Festival ilk dəfə 2008-ci ildə keçirilib. Festivalın direktoru bildirib ki, gələn ildən tədbirə Polşa rejissorlarının və aktyorlarının dəvət olunması planlaşdırılır.
Festival “Kamerdiner” filmi ilə açılıb. Filmdə hadisələr 1900 və 1945-ci illər arasındakı dövrdə Polşanın şimal-qərb hissəsində baş verir. Əsas qəhrəmanlar qədim zamanlardan bu tarixi ərazidə yaşayan üç xalqın nümayəndələridir. Filmin qəhrəmanlarının taleyi həmin dövrdə beş vermiş siyasi proseslərlə sıx bağlıdır.
Filmlər “Landmark” Biznes Mərkəzində nümayiş etdirilir. Giriş pulsuzdur.–71D-
-
- Siyasət
- 12 Noyabr 2019 21:51
Mədəniyyət
-
“Eurovision” mahnı müsabiqəsinin parlaq xaosunda Azərbaycanın Fahree - İlkin Dövlətov dueti tamaşaçıların rəğbətini qazanması ilə deyil, “Eurovision”un üstünlük təşkil edən üslubundan xeyli fərqlənməsi ilə diqqət çəkib. Mayın 8-nə keçən gecə onların çıxışı TuraLTuranX brothers qrupunun keçən ilki nəticəsini təkrarlayaraq, onları finala çıxarmayıb. Hər iki halda Azərbaycan nümayəndələri on ikinci çıxış ediblər və səhnədə təmkinli davranış nümayiş etdiriblər, bu da “Eurovision”da çox vaxt rast gəlinən parlaq çıxışlardan fərqlənib.
-
Tekstil sənətinə bənzərsiz yanaşması ilə tanınan türkiyəli rəssam Süzan Murat “Turan” Agentliyi ilə canlı söhbətində sənətinə olan ehtirası və baxışlarını bölüşüb. Ənənəvi rəssamlığa üstünlük verən bir çox müasirlərindən fərqli olaraq, Murat bədii fikirlərini ifadə etmək üçün iynə və sapa müraciət edir, parçanı həyat və rənglə dolu kətanlara çevirib.
-
Çox zaman kinoekran insan emosiyalarının incəliklərini və sosial problemləri cəsarətli ştrixlərlə əks etdirən kətan (xolst) sayılır. Rejissor İlqar Safatın "İçərişəhər" psixoloji dramı da belədir.
-
Müasir incəsənətin daim dəyişən dünyasında sərgilər çox vaxt cəmiyyətin mürəkkəbliyini və insan təcrübəsini əks etdirən güzgü rolunu oynayır.
Rəy yaz