Mr James Sharp. gov.uk
Britaniya səfiri Azərbaycan paraolimpiyaçıların nailiyyətlərini yüksək qiymətləndirib
Bakı/12.11.19/Turan: Noyabrın 12-də Britaniya səfirinin iqamətgahında Azərbaycana səfər etmiş Britaniya Paraolimpiya Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Paraolimpiya hərəkatının tarixi barədə məlumat verib.
O deyib ki, bu hərəkat 1948-ci ildə İkinci Dünya Müharibəsində yaralanmış əsgərlərin iştirakı ilə oxatma idman növü ilə başlayıb.
"Daha sonra paraolimpiya oyunları qlobal hərəkata çevrilib ancaq bu gün də oxatma idman növü yenə də bu hərəkatın əsas sütunlarından biridir" səfir deyib.
Səfir eyni zamanda London Paraolimpiya oyunlarında azərbaycanlı iştirakçılarından danışıb. "Azərbaycanlı paraolimpiyaçılar ölkənizin qürur mənbəyidir. “ deyə səfir qeyd edib.
"Fiziki mədudiyyətli şəxslər üçün Azərbaycanın gördüyü işlər bizi sevindidir və bu insanların naliyyətləri valehedicidir" səfir vurğulayıb.
Daha sonra tədbirə qatılan Böyük Britaniya Paraolimpiya Komitəsinin nümayəndəsi Toni Seynsburi çıxış edib. O, Britaniya səfirliyi və Azərbaycan Paraolimpiya komitəsi arasında əməkdaşlığın uğurlu nəticələrinin olacağını deyib.
Tədbirdə çıxış edən Azərbaycan Paraolimpiya Komitəsinin sədri İlqar Rəhimov Heydər Əliyev Fondu və Paraolimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 13-də baş tutacaq "Yenilməzlər" qala tədbiri barədə məlumat verib. Komitə sədri bildirib ki, bu tədbirə Pakistandan, Moldovadan və digər ölkələrdən qonaqlar qatılacaq.
I.Rəhimov qeyd edib ki, Azərbaycan paraolimpiyaçıları 2020-ci ildə keçiriləcək Tokyo oyunlarına səylə hazırlaşırlar. London Oyunlarını xatırladan Komitə sədri bu oyunların Azərbaycan Paraolimpiya tarixində ən uğurlu oyunlar olduğunu diqqətə çatıdırıb.
Tədbirdə "British Council"in layihələrində iştirak etmiş fiziki məhdudiyyətli şəxslər çıxış edərək bu layihələrdəki təcrübələri və fikirləri barədə danışıblar.-0-
-
- Mədəniyyət
- 12 Noyabr 2019 22:22
-
- Cəmiyyət
- 13 Noyabr 2019 10:21
Cəmiyyət
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
-
9 may Qələbə bayramı münasibətilə Azərbaycanda prezidentin sərəncamı ilə İkinci Dünya Müharibəsi iştirakçılarına 2 min manat (1167 dollar) birdəfəlik yardım ayrılıb. Ölkədə 1941-1945-ci illər hərbi əməliyyatlarının cəmi 30 nəfər birbaşa iştirakçısı qalıb.
-
Mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyilə əvəz olunacaq.
-
Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.
Rəy yaz