Oqtay Gülalıyevin əməliyyatı başa çatıb (yenilənib)

Bakı/20.11.19/Turan: “Amerika Xəstəxanası”nda Oqtay Gülalıyevin yenidən keçirilən neyrocərrahi əməliyyatı başa çatıb, bu barədə onun həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

“Əməliyyat zamanı beyindən maye çəkiblər. Qalan mayenin çıxarılması üçün kateter taxıblar. Həkimlər yaxın aylarda müalicənin davam etdiriləcəyini deyiblər”, deyə Gülalıyeva qeyd edib. -03B-

*   *   *

2019 Noyabr 20 (Çərşənbə) 14:12:50

Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq

Bakı/20.11.19/Turan: Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb. Onun həyat yoldaşının Turan-a verdiyi məlumata görə, həkimlər ona heç bir izahat verməyib.

"Həkimlər heç bir proqnoz vermir, nə müsbət, nə də mənfi. Oqtay hələ də komadadır", deyə o bildirib.

Xatırladaq ki, Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları maşının açıq-aşkar hüquq müdafiəçisinin üstünə sürülməsini qərəzli hesab ediblər. Bakıda özəl xəstəxanada onu gecikmə ilə əməliyyat ediblər, bu da onun onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırıb.

Üç gün sonra Heydər Əliyev Fondu Gülalıyevin müalicəsini öz üzərinə götürüb, onu İstanbulun "Avrasiya" klinikasına göndərib. Amma bu klinikada müalicə səmərəsiz olub və həyat yoldaşının xahişi ilə noyabrın 19-da Gülalıyev "Amerika Xəstəxanası"na köçürülüb. -05B-

 

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti