Sərbəst güləşçilər Səma Allahverdiyeva və Səkinə Məmmədova Rusiyadan medalla qayıtdılar

Bakl/25.11.19/Turan: 21-23 noyabr tarixləri arasında Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında keçmiş Avropa çempionu, beynəlxalq dərəcəli usta Yelkan Tedeyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 19-cu Ümumrusiya turniri keçirilmişdir. Turnirdə Rusiya Federasiyasının müxtəlif regionlarından, Azərbaycandan, həmçinin, aztanınmış Abxaziya və Cənubi Osetiya respublikalarından gəlmiş 300-dək sərbəst güləşçi iştirak etmişdir.

Turnirdə 57 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı sərbəst güləşçilər Səma Allahverdiyeva gümüş, Səkinə Məmmədova isə bürünc medala sahib olublar. Hər iki idmançının şəxsi məşqçisi, güləş üzrə beynəlxalq dərəcəli hakim Zaur Şərifovdur.--0--

 

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti