Köhnə plana yeni taktiki format

Hər halda,Türkiyə-ABŞ münasibətlərinin tarixində prezident Erdoğanın son səfəri ərəfəsindəki qədər  hər şeyin bu qədər açıq mətnlə verildiyi  dərəcədə  şəffaflıq görünməmişdi.Səfərdən bir neçə gün əvvəl Milli təhlükəsizlik üzrə müşavir  O”Brienın S-400-lərlə  bağlı açıqlamasının istər ikitərəfli istərsə heyətlər arasındakı görüşlərdə dominant rolda olduğu ortaya çıxdı.Hər iki prezdeintin  mətbuat konfransındakı açıqlamaları da bunu təsdiqlədi : “Türkiyənin S-400-ləri alması böyük çətinliklər yaradır.Bu gün də danışdıq, gələcəkdə də müzakirə edəcəyik.Bu problemi həll edəcəyimizə inanıram.Xarici işlər nazirlərimizin və təhlükəsizlik üzrə müşavirlərimizin S-400 məsələsi ilə bağlı   çalışmaları üçün razılığa gəldik” (Donald Tump)

“Başda S-400 və  F-35 proqamı olmaqla rastlaşdığımız problemlərin öhdəsindən ancaq dialoqla gələ bilərik.Prezidentə yenidən dedim ki,münasib təklif verilsə, “Patriot” ala bilərik” (Recep Tayyip Erdoğan)

Cümə axşamının gəlişi Çərşəmbədən məlum idi,Washington bunu gizləmədi,gizləməyə ehtiyac da hiss etmədi.Çünki Allahdan gizli olmayan və Rusiyanın da yaxşı bildiyi bir məsələni gizlətməyin mənası  yoxdur.Zira Suriya çərçivəsindəki Ankara-Washington –Moskva münasibətlərinin  fəlsəfəsini  “Rusiyanın  mümkün qədər başının qatılması”  təşkil edir.Əsas paradiqma budur və Türkiyənin istədiyi hər şeyin Rusiya tərəfindən verilməsinə baxmayaraq,bu ana paradiqma ətrafındakı proseslərdə Ankara özünün  köhnə müttəfiqi Washington ilə eyni çizgidə durur.Diqqət yetirin,Trump-Erdoğan görüşünün tarixi 1.5  ay əvvəl   müəyyənləşdirilmişdi,bu 1.5  ayda yazılan ssenarilərin həddi-hüdudu olmadı,Konqres Türkiyəni təzyiq altına almaq üçün “erməni soyqırımı” qanun layihəsini qəbul etdi,PYD/YPG ilə müzakirələr aparması üçün Donald Trumpın Türk həmkarına yazdığı məktub ortaya çıxdı və s.Bunlar Trump-Erdoğan görüşündə nə dərəcədə gündəmə gəldi? Nəinki gündəmə gəlmədi hətta Türkiyənin əleyhində olduqları bilinən 5 senator heyətlər arası görüşə dəvət edilərək “senatda  bəzi qərarların yaxın gələcək  dəgündəmə gətirilməsi əngəlləndi”  Necədir?

Şübhəsiz ki,bu görüşdən sonra nə qısa müddətdə S-400-lərlə bağlı problem(əgər problemdirsə) öz həllini tapacaq nə Türkiyə tezliklə  F-35 proqramına geri qaytarılacaq nə də “Patriot” raketləri alınacaq.Açıqlamalarına  jarqonuna , lütfən,diqqət edin: nazirlər,müşavirlər,problemlərin müzakirəsi üçün razılaşdıq və s.Yəni ipin üstünə un sərmək, yəni,”dialoqun  davam etdirilməsi” nəqəratlarıyla köhnə müttəfiqə vaxt qazandırmaq.

Bəs hamı kimi bunu görən Rusiya nə edir,etməyi planlaşdırır,edə bilər?

Washingtonda  görüşlər davam edərkən Suriyanın şimalındakı Qamışlı bölgəsində vertolyot bazası inşa  etməyə   başladığını açıqladı.Bu,Türkiyəyə üstü örtülü simvolik mesajdır,Suriyadakı kürd qruplarını dəstəkləməyə davam edəcəyinə Moskva bu şəkildə işarə edir.Çünki 1998-ci ilin oktyabrında Türkiyənin təzyiqi ilə PKK terror təşkilatının başçısı məhz gizləndiyi Qamışlı bölgəsindən çıxarılmış,oradan Moskvaya getmişdi.

Rusiya dəstəkli Suriya ordusu İdlibdə hərbi əməliyyatları yenidən şiddətləndirəcək,Türkiyə yenidən etiraz edəcək, prezident Erdoğan yenidən  ya Moskvaya və ya Soçiyə gedəcək,qısa müddətli atəşkəs əldə ediləcək.Və üçlük (Ankara-Washington-Moskva) arasındakı  bu qısa dövrə oyunu təxminən 2 aydan sonra gündəmə  2-3 yeni maddə əlavə edilərək davam edəcək.

Türkiyənin dərin dövləti bu proseslərin müəyyənləşdiricisi rolundadır.

Rəy yaz

Dünyada

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti