Bazar günü hava haqqında

Bakı/07.12.19/Turan: Dekabrın 8-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağıntı olmayacaq. Axşam yağış yağa bilər. Səhər duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz +10+13, gecə +3+5 dərəcə olacaq.

Ölkə rayonları üzrə Böyük və Kiçik Qafqaz dağlarında qar yağacaq. Havanın temperaturu gündüz   +5+7, gecə - 3 dərəcəyədək şaxta olacaq.

Aran rayonlarında axşama doğru yağış gözlənilir. Səhər duman olacaq. Havanın temperaturu gündüz +7+12 dərəcə olacaq. -02D-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti