Baş Prokurorluq vəkil Nemət Kərimlinin cəzalandırılmasına təşəbbüs göstərib

Bakı/07.12.19/Turan: Azərbaycan Baş Prokurorluğu Vəkillər Kollegiyasına bu qurumun üzvü Nemət Kərimlidən şikayət edib. Bu barədə hüquqşünasın özü məlumat verib.

N.Kərimlinin sözlərinə görə, Vəkillər Kollegiyasının İntizam Komissiyasından ona  telefon ediblər və Baş Prokurorluqdan barəsində şikayət daxil olduğunu bildiriblər.

Vəkilə şikayətin detallarını açıqlamayıblar, ancaq deyiblər ki, bu, onun sosial şəbəkələrdə “Tofiq Yaqublu haqqında” çıxışları ilə bağlıdır.

N.Kərimli qeyd edib ki, bu ilin oktyabrında müxalifətçi siyasətçi T.Yaqublunun inzibati həbs zamanı işgəncəyə məruz qalması faktlarını açıqlayıb.

N.Kərimli hesab edir ki, bir vəkil kimi müdafiə etdiyi şəxsin xahişini yerinə yetirməyə və həbs olunanın işgəncə barədə bəyanatını açıqlamağa borclu olub.

N.Kərimli hesab edir ki, onun barəsində şikayət müstəqil vəkillərə təzyiq kampaniyasının davamıdır.

N.Kərimli hüquq-müdafiə sahəsində ixtisaslaşmış vəkil kimi tanınır. O, siyasi məhbus kimi tanınan bir çox şəxsi müdafiə edib. Hazırda tanınmış araşdırmaçı- jurnalist Əfqan Muxtarlının vəkilidir.

Vəkillər Kollegiyasından və Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb. -06B-

 

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti