Dərbənddə Azərbaycanın keçmiş rabitə naziri Hüseyn Rəsulbəyovun heykəli ucaldılıb
Bakı/09.12.19/Turan: Dekabrın 9-da Rusiya Federasiyasının Dərbənd şəhərində artilleriya generalı, SSRİ Bakı Hərbi Dairəsinin HHM qoşunlarının komandanı, 1975-ci ildən Azərbaycan SSRİ-nin rabitə naziri Hüseyn Rəsulbəyovun heykəli ucaldılıb. O, rabitə naziri vəzifəsində ömrünün sonuna qədər işləyib.
Müstəqil Azərbaycanda buraxılan 250 manat nominallı marka Rəsulbəyova həsr olunub. Bakıda yaşadığı evin divarına xatirə lövhəsi yerləşdirilib.
Azərbaycan mətbuatında abidənin quraşdırılması təşəbbüsünün Azərbaycan tərəfə aid olduğu, ölkənin abidənin hazırlanması, quraşdırılması, habelə ona bitişik ərazinin abadlaşdırılması üzrə xərcləri öz üzərinə götürdüyü barədə məlumat yayılmışdı.
1985-ci ildən Dərbənd küçələrindən biri H.Rəsulbəyovun adını daşıyır (1917-1984), abidə bu küçənin 345-ci Dağıstan Atıcılıq Diviziyası küçəsi ilə kəsişməsində ucaldılıb. —0—
Cəmiyyət
-
Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir.
-
Mayın 2-də Bakıda və Abşeronda yağıntı gözlənilmir, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə müsbət 13+16, gündüz müsbət 19+23 dərəcə olacaq.
-
Ötən gecə iki avtoxuliqan şəhərin mərkəzində yarışa girərək, zəncirvari qəza törədib.
-
Azercell-in dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər daha 10 medal qazanıblar 16-21 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə yüksək səviyyəli turnir keçirilib. Sözügedən müsabiqədə “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı çərçivəsində İnformatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. Onlayn fortmatda yarışa qatılan şagirdlər yuxarı yaş qrupu üzrə 5 gümüş, aşağı yaş qrupu üzrə 5 bürünc medal olmaqla ümumilikdə 10 medal qazanıblar.
Rəy yaz