Deputat, yəhudi diasporunun nümayəndəsi Yevda Abramov vəfat edib
Bakı/07.12.19/Turan: Milli Məclisin deputatı, İnsan hüquqları daimi komissiyası sədrinin müavini Yevda Abramov ağır xəstəlikdən sonra dekabrın 6-da 72 yaşında vəfat edib. Bir neçə gün öncə ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.
Y.Abramov, Quba rayonu, Krasnaya Sloboda kəndindən olan dağ yəhudilərinin nümayəndəsi idi. Peşəsi tarix müəllimi idi, vaxtilə Krasnaya Sloboda bələdiyyəsinə rəhbərlik edib. 2005-ci ildən Azərbaycan parlamentinin deputatı idi.-02D-
Siyasət
-
Kanal-13 İnternet-TV-nin həbsdə olan rəhbəri Əziz Orucovun səhhəti pisləşib, bu barədə Turan-a onun vəkili Bəhruz Bayramov bildirib.
-
Azərbaycanda parlament seçkiləri noyabrda keçirilməlidir, lakin daha erkən tarixə çəkilə bilər. Bu barədə cümə axşamı MSK sədri Məzahir Pənahov qurumun iclasında bildirib.
-
Prezident İlham Əliyev İkinci Dünya Müharibəsinin veteranlarına birdəfəlik maddi yardım ödənilməsi haqqında sərəncam imzalayıb.
-
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.
Rəy yaz