RF Avrasiya İttifaqı ilə ticarətin azalması fonunda Azərbaycanla ticarət dövriyyəsini artırır (YENİLƏNİB)

Bakı/09.12.19/Turan: Ötən il bütün istiqamətlərdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün çox uğurlu il olub, bu barədə bu gün prezident İlham Əliyev RF-nin iqtisadiyyat naziri Maksim Oreşkinlə görüşündə bildirib.

Yüksək səviyyədə görüşlər zamanı "yol xəritələrinin" həyata keçirilməsi üzrə fəal işləmək tapşırıqları verilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın Moskva səfəri zamanı yeni sahələri əhatə etməklə, "yol xəritələri" siyahısının genişləndirilməsi razılaşdırılıb.

"Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlıq investisiyalar ilk növbədə bir-birimizə etimadımızın, həmçinin Rusiyada da, Azərbaycanda da yaxşılaşan əlverişli investisiya mühitinin göstəricisidir. Biz bunu Dünya Bankının Doing Business və Davos Forumunun rəqabətədavamlılıqla bağlı reytinqlərində görürük", deyə Əliyev bildirib.

Prezident bu gün Azərbaycanda birgə əczaçılıq müəssisəsinin açılmasını sevindirici hadisə adlandırıb.

Bundan başqa, "Samur çayı üzərindən körpünün tikintisi, demək olar ki, başa çatıb".

Əliyev həmçinin Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun ilkin görkəmdə bərpa olunmasını məmnuniyyətlə qeyd edib.

Oreşkin öz növbəsində RF-nin Avrasiya İqtisadi İttifaqı ilə ticari-iqtisadi münasibətlərdə mənfi dinamika fonunda Azərbaycanla ticarət dövriyyəsinin 30 faiz artdığını qeyd edib.

"Bu, ümumiyyətlə, hər hansı ölkə ilə müqayisədə həqiqətən ən yüksək göstəricilərdən biridir. Doğrudan da baza bəlkə də bu qədər yüksək olmayıb və Hökumətlərarası Komissiya çərçivəsində mənim həmkarlarımla birlikdə həyata keçirdiyimiz ilk tədbirlər, sədlərin aradan qaldırılması, bazarlar açılması – bütün bunlar ciddi irəliləyişə nail olmağa və bu cür yaxşı nəticələr göstərməyə imkan verib", deyə Oreşkin bildirib.

Onun sözlərinə görə, tərəflər bu gün hökumətlərarası komissiyanın iclası çərçivəsində kənd təsərrüfatına dair proqram imzalayacaqlar. Bundan başqa, onlar hər iki ölkənin tranzit imkanlarından fəal şəkildə istifadə etmək niyyətindədirlər.

Bu il avtomobil zavodunun bünövrəsi atılıb.

Bundan başqa, hazırki səfər zamanı helikopterlər üçün xidmət mərkəzinin təməli qoyulacaq. –06D-

 

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti