Azərbaycan BMT İnkişaf Proqramının “İnsan İnkişafı -2019” indeksində 87-ci yerdədir

Bakı/09.12.19/Turan: Bu gün BMT “İnsan İnkişafı -2019” hesabatını açıqlayıb.

Hesabatda deyilir ki,  BMT İnkişaf Proqramının araşdırmasına görə, insan inkişafı proqresinin 20 faizi təhsil, səhiyyə və yaşam standartlarının qeyri-bərabər bölünməsi səbəbindən itirilib.  

http://hdr.undp.org/sites/default/files/hdr2019.pdf

Hesabat 189 ölkəni əhatə edir və ölkələr 4 qrupa bölünür.

“Ən yüksək insan inkişafı” adlanan birinci qrupda ilk beşlikdə Norveç, İsveçrə, İrlandiya, Almaniya və ÇXR-in tərkibində olan Honq Konq yer alıb.

Rusiya 49-cu yeri tutmaqla bu qrupa düşüb.

Azərbaycan “Yüksək insan inkişafı” adlanan 2-ci qrupda 87-ci yeri tutub.

Onun qonşuları Gürcüstan 70-ci, Ermənistan 81 və İran 65-ci yerləri tutublar.

“Orta insan inkişafı” qrupuna Qırğızıstan (122), Tacikistan (125), Pakistan (152) daxil edilib.

Nəhayət, “Aşağı insan inkişafı” adlanan 4-cü qrupda son beşliyi Burundi (185), Cənubi Sudan, Çad, Mərkəzi Afrika Respublikası və Niger (186-189-cu yerlər) tutub.

“Bərabərsizlik doğumdan öncə başlanır və uşaq  böyüdükcə artır. Bu,  uşaqların təhsilinə, səhhətinə və qidalanmasına yatırımın artırılmasının vacibliyini şərtləndirir. Bu, insanın həyatı boyunca davam etməlidir, çünki əmək bazarında qazanca və məhsuldarlığa təsirini göstərir”, – hesabatda deyilir.

BMT İnkişaf Proqramı belə nəticəyə gəlir ki, daha məhsuldar işçi qüvvəsi olan ölkələrdə hakimiyyət ancaq bir qrup adamın əlində cəmləşmir. Həmin ölkələrdə güclü həmkarlar ittifaqları fəaliyyət göstərir, yüksək minimum əməkhaqqı və sosial müdafiə təmin edilib, qadınların əmək bazarına cəlb edilməsi üçün geniş imkanlar var.-16d06-

 

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti