DTİHB missiyası Azərbaycanın seçki qanunvericiliyində və təcrübəsində irəliləyiş olmadığını qeyd edir
Bakı/26.12.19/Turan: ATƏT DTİHB-nin Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı tələbatların qiymətləndirilməsi üzrə missiyası 19-21 dekabr tarixlərində ölkəyə səfərinin yekunlarına dair hesabat dərc edib.
Missiya rəsmi şəxslər, siyasi partiya, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri ilə görüşlər keçirib.
Missiya ATƏT DTİHB-nin toplaşmaq və ifadə azadlığı, media mühiti, namizədlərin qeydiyyatı, habelə seçki administrasiyasının qərəzsizliyinin təmin edilməsi ilə bağlı əvvəlki tövsiyələri əsasında qanunvericiliyin təkmilləşdirilmədiyini qeyd edir.
Seçki komissiyalarının üzvlərinin təyin edilməsi formulu bu qurumların tarazlığına və qərəzsizliyinə zəmanət verilməsi cəhdi ilə izah olunsa da, missiyanın bir çox həmsöhbətləri qeyd ediblər ki, reallıqda seçki administrasiyaları hakim partiyanı dəstəkləyəcək şəkildə səs verirlər.
Missiya həmçinin MSK və Dövlət Statistika Komitəsinin məlumatlarına görə, seçicilərin sayında 2 mln. fərq olduğunu qeyd edir.
DTİHB-nin bir çox həmsöhbətləri namizədlərin qeydiyyatı, xüsusən seçicilərin imzalarının yoxlanılması prosesinin qərəzsizliyinə ciddi şübhələri olduğunu bildiriblər.
Bir neçə müxalif partiya və hərəkat seçkiləri boykot edəcəklərini elan ediblər.
Konstitusiyada ifadə azadlığına zəmanət verilməsinə baxmayaraq, diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib, 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Missiya ATƏT DTİHB-yə 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçidən ibarət monitorinq missiyası təşkil etməyi tövsiyə edib. -1606D-
-
- Cəmiyyət
- 26 Dekabr 2019 17:09
-
- Təhlükəsizlik
- 26 Dekabr 2019 17:25
Siyasət
-
“Meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 18-də axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Məlumatı İmran Əliyevin özü verib.
-
Rusiya Ermənistandan aprelin 5-də Brüsseldə ABŞ və Avropa İttifaqı ilə əldə olunmuş "hərbi-siyasi razılaşmalar" haqqında açıqlama gözləyir. Bu barədə aprelin 18-də RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şəhər təşkilatının fəalı Şahin Hacıyevin qapalı həbsxanaya köçürüldüyü bildirilir.
-
Aprelin 18-də Azərbaycanın Ali Məhkəməsi Almaniyadan deportasiya edildikdən sonra həbs edilmiş fəal Pünhan Kərimlinin kassasiya şikayətini təmin etməyib.
Rəy yaz