ARXIV
Müsavat namizədlərə qarşı əngəllərə son qoyulmasını tələb edir
Bakı/30.12.19/Turan: Müsavat Partiyasının deputatlığa namizədləri bir sıra seçki dairələrində qanunsuz əngəllərlə, təzyiq və süründürməçiliklə üzləşir.
Bu haqda Müsavat Partiyasının bu gün yaydığı bəyanatda bildirilib.
Sənəddə deyilir:
Bakı, Sumqayıt, Siyəzən, Astara, Lerik və digər rayonlarda bəzi Dairə Seçki Komissiyaları müsavatçı namizədlərə əngəllər törədir.
54 saylı Şabran-Siyəzən DSK-nın sədri Saleh Təhməzov Müsavat Partiyasının namizədi Mərdan Mehdilinin seçki sənədlərini, o cümlədən onun namizədliyinin müdafiəsi üçün toplanmış seçici imzalarını təhvil almaqdan imtina edib.
Lerik və Astara rayonlarında müsavatçı namizədlərə imza atmış bir neçə seçici icra hakimiyyətinin təzyiqi ilə üzləşib.
Seçki Məcəlləsinə görə deputatlığa namizədlər seçici imzaları ilə yanaşı, DSK-lara öz iş yeri, gəlirləri və sahib olduqları mülkiyyət haqda arayışlar, bankdan xüsusi seçki hesabı haqda arayış təqdim etməlidirlər. Lakin bir sıra dövlət orqanları süründürməçilik edərək, bu sənədlərin verilməsini yubadırlar.
Dekabrın 31-dən yanvarın 6-dək dövlət qurumlarında və banklarda qeyri-iş günləri olması isə deputatlığa namizədlərin müvafiq sənədləri toplaması üçün, onlara ayrılan müddətin daha 7 gün qısalmasına səbəb olur.
Bütün bunları nəzərə alaraq Müsavat Partiyası tələb edir:
1. Deputatlığa namizədlərə qarşı süni əngəllərə və süründürməçiliyə son qoyulsun.
2. Yeni il tətili günlərində deputatlığa namizədlər üçün zəruri sənədləri təqdim etməli olan dövlət qurumlarının və bankların müvafiq şöbələrinin fəaliyyəti təmin olunsun, yaxud namizədlərin irəli sürülməsi üçün ayrılan müddət 7 gün uzadılsın.
Müsavat Partiyası ölkə ictimaiyyətini və beynəlxalq hüquq müdafiə təşkilatlarını Azərbaycanda azad seçki uğrunda mübarizəyə daha fəal dəstək verməyə çağırır.—0-
-
- İqtisadiyyat
- 30 Dekabr 2019 14:22
-
- Sual-cavab
- 30 Dekabr 2019 20:10
Siyasət
-
Cümə axşamı Birləşmiş Ştatlar Gürcüstanda vətəndaş cəmiyyətinin məhdudlaşdırılması ilə bağlı mübahisəli qanunu (“Xarici agentlər haqqında” qanun) yenidən tənqid edərək, onu Qərblə münasibətləri pozan Rusiya avtoritarizminin nümunəsi adlandırıb.
-
"Azadlıq" radiosunun jurnalisti Alsu Kurmaşevanın Rusiya tərəfindən əsassız ittihamlarla, konsulluqla əlaqə yaratmasına imkan verilmədən (amerikalı kimi hüququdur) saxlanılmasından altı ay keçib. O, iki qızı və həyat yoldaşı ilə ünsiyyətdən məhrum edilib.
-
Aprelin 24-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti müzakirə edəcək.
-
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək Tərəflər Konfransının 29-cu sessiyası yaxınlaşdıqca türk dünyasında diplomatik fəaliyyət mərkəzi yer tutacaq. Bir sıra görüş və sammit ərəfəsində Türk Dövlətləri Təşkilatı üzv dövlətlər arasında əməkdaşlığın aktivləşməsi dövrünə hazırlaşır.
Fransa səfirinin geri çağırılması, rus sülhməramlılarının Qarabağı tərk etməsi... – Elxan Şahinoğlu Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Siyasət,
- 13:03
- 176
Rəy yaz