Фото из открытых источников

Фото из открытых источников

Bakı/19.02.19/Turan: AXCP fəalı Rövşən Quliyev inzibati qaydada 30 gün müddətinə həbs edilib. Bu barədə Turan-a AXCP-dən həbs edilən şəxsin doğmalarına istinadla bildirib.

Hələlik Quliyevin konkret olaraq nədə ittiham olunduğu məlum deyil. -06D-

* * *

2019 Fevral 19 (Çərşənbə axşamı) 17:09:36

Növbəti AXCP üzvü saxlanılıb

Bakı/19.02.19/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Rövşən Quliyev saxlanılıb. Bu barədə AXCP sədri Əli Kərimli bildirib.

Onun sözlərinə görə, Quliyev fevralın 18-də saxlanılıb. Onun evində axtarış aparılıb, kompüteri müsadirə edilib. Ailə üzvlərinin sözlərinə görə, Rövşən DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılır.

Kərimlinin sözlərinə görə, Quliyev əvvəllər AXCP-nin Rəyasət Heyətinin üzvü idi. Amma beş il əvvəl səhhətində problemlərlə əlaqədar o, siyasi fəaliyyətdən uzaqlaşıb. Kərimli Quliyevin saxlanılmasını siyasi motivli hesab edir.

DİN-in mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. -0--

Rəy yaz

Cəmiyyət

Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəb və məqsədləri nə ola bilər? – Mirəli Hüseynov Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti