Мустафа Гаджибейли
Jurnalist Mustafa Hacıbəylinin məhkəməsində
Bakı/20.02.19/Turan: Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin işi üzrə proses davam edib.
* İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət etmişdi.
Öncə M.Hacıbəyli iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da müttəhim statusuna keçirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
M.Hacıbəylinin barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib. O, ittihamları rədd edir.
19 fevral iclasında məhkəmə M.Hacıbəylinin prosesin video və audioçəkilşi ilə bağlı vəsatətini təmin etməyib.
Sonra şahidlər - Zülfiyyə Babayeva və İlahə Xalidovanın ifadələri dinlənilib. Onlar bildiriblər ki, daimi iş yerləri yoxdur. Qadınlar deyiblər ki, saytdakı məqaləni oxuyunca narahat olublar, ona görə də prokurorluğa müraciət ediblər.
M.Hacıbəylinin və vəkil Osman Kazımovun suallarını cavablandıran şahidlər deyiblər ki, onlar Gəncənin keçmiş icra başçısı Elmar Vəliyeyə sui-qəsd barədə məqalədən narahat olublar. Lakin qadınlar onları narahat edən məqalədən bir cümlə belə xatırlaya bilməyiblər.
"Elmar Vəliyevə hücum olduğu yazılmışdı. Orada iğtişaşlara çağırışlar olub, ona görə də mən qorxdum", - Babayeva deyib.
M.Hacıbəyli deyib ki, "Elmar Vəliyevə hücum" məqaləsi ekspertizaya göndərilib. Lakin ekspert məqalədə qanun pozuntusunun olmadığına dair rəy verib, ancaq onu ittihama daxil etməyiblər.
"Görünür, şahidləri təlimatlandıranlar bilməyiblər ki, "Elmar Vəliyevə hücum" məqaləsi məhkəmə istintaqı predmeti deyil", - M.Hacıbəyli vurğulayıb.
Öz növbəsində vəkil O.Kazımov təklif edib ki, məqaləni şahidə versinlər və o, "dövlət əleyhinə olan cümlələr"dən birini göstərsin. Lakin hakim Hüseynov təklifi qəbul etməyib.
M.Hacıbəyli şahid ifadələrinin sübutlar siyahısından çıxarılmasını təklif edib. Hakim deyib ki, bu məsələyə sübutların dəyərləndirilməsi mərhələsində baxıla bilər. Hakim M.Hacıbəyliyə qısa şəkildə "sual-cavab" formasında çıxış etməyi təklif edib. Lakin M.Hacıbəyli razılaşmayıb və deyib ki, çıxış üçün ona minimum 1 saat lazımdır.
Bununla əlaqədar onun çıxışı növbəti iclasa, fevralın 21-nə qalıb.-06D-
Cəmiyyət
-
Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb. Hadisə aprelin 27-də Şuşa rayonunun Qeybalı kəndi ərazisində baş verib.
-
Aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın yağıntısız olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 14+18, gündüz müsbət 26+31 dərəcə olacaq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
Rəy yaz