Cümə axşamı üçün hava proqnozu

Bakı/20.02.19/Turan: Fevralın 21-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Səhər və axşam zəif duman ola bilər, zəif cənub küləyi əsəcək. Havanın temperaturu gecə +2 +5 dərəcə, gündüz +8 +11 dərəcə təşkil edəcək, xəbəri Ekologiya Nazirliyinin sinoptikləri yayıb.

Ölkənin rayonlarında da yağıntı gözlənilmir, duman olacağı gözlənilir.

Aran rayonlarında havanın temperaturu gecə 0 dərəcəyə qədər düşəcək, gündüz +8 +13 dərəcə təşkil edəcək.

Dağlarda gecə -7 dərəcəyə qədər şaxta, gündüz +4 +8 dərəcə isti olacaq.

Fevralın 21-də və 22-də dağlıq rayonlarda güclü qərb küləyi gözlənilir. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti