Gənc fəallar həbs edilib
Bakı/22.02.19/Turan: Fevralın 21-də AXCP Yasamal Rayon Gənclər Komitəsinin sədri Məhərrəm Rzayev "Laçın" Ticarət Mərkəzində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
Nizami Rayon Polis İdarəsindən fəalın ailəsinə deyiblər ki, o, inzibati qaydada həbs edilib. Amma fəalın nədə günahlandırıldığını və neçə sutka həbs cəzası aldığını açıqlamayıblar.
Öz növbəsində D18 Hərəkatının rəhbəri Ruslan İzzətli bildirib ki, fevralın 19-da Dövlət İdarəçilik Akademiyasının binasında mülki geyimli şəxslər Milliyyətçi Gənclər Təşkilatı İdarə Heyətinin üzvü Zakir Kərimlini saxlayıblar. Yasamal Rayon Məhkəməsinn qərarı ilə Z.Kərimli 15 sutkalığa həbs olunub.
Hələlik rəsmi orqanlar müxalifət fəallarının həbsilə bağlı məlumatları şərh etmirlər.16D-
Cəmiyyət
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
-
“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib. Məşhur simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli robot olub. İnsanabənzər robot da Azərbaycan dilində danışığı ilə Bulvardakı konsertə dəvət mesajı göndərib.
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
Rəy yaz