Əmək nazirinin yeni müavini təyin edilib
Bakı/19.02.19/Turan: Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsi bu məsələ ilə bağlı məlumatında Kərimov haqqında bioqrafik arayış təqdim edir.
O, 1979-cu ildə Bakıda anadan olub.
1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistratura pillələrini bitirib.
Amerika Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.
Amerika-Azərbaycan Ticarət Palatasında (ABŞ), Azərbaycan DİN-də, İslam İnkişaf Bankında, İqtisadi İnkişaf Nazirliyində işləyib. Vəkillər Kollegiyasının üzvüdür, hüquq elmləri namizədi dərəcəsinə malikdir, universitetlərdə müəllimlik fəaliyyəti ilə məşğul olub.
Bu təyinatdan əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviridir.
Azərbaycan dili ilə yanaşı ingilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var. -06D-
Siyasət
-
İctimai fəal Abid Qafarova məxsus evinə aprelin 29-da basqı olduğu deyilir.
-
ABŞ-ın Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib.
-
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.
-
Anar Məmmədli saxlanılıb, araşdırma aparılır, ictimaiyyətə əlavə məlumat veriləcək. Bu barədə Turana Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əmakdaşı İbrahim Əmiraslani bildirib.
Rəy yaz