�Müsəlman Birliyi� Hərəkatının lideri həbsxanada hüquqlarının pozulmasından şikayətlənir
Bakı/16.03.19/Turan: Qobustan həbsxanasında saxlanılan "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadəyə abunə olduğu qəzetlərin verilməsi dayandırılıb. Bu barədə onun həyat yoldaşı Leyla İsmayılzadə bildirib.
Onun sözlərinə görə, martın 7-də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri Səadət Bənənyarlı və Əliməmməd Nuriyev Talehə baş çəkiblər.
Bu görüşdən sonra onu qəzetdən məhrum ediblər. Təkcə "Yeni Müsavat" və "Hürriyyət" qəzetləri yox, dövlət qəzetləri də verilmir. "Talehi xarici aləmdən tamamilə təcrid etmək istəyirlər", - L.İsmayılzadə qeyd edib.
Bundan əlavə, o, ailəsi ilə danışdığı zaman nəzarətçi yanında dayanır, söylədikləri hər şeyi dinləyir.
Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, məhbusların telefon danışıqlarının dinlənilməsi qanunvericilik normalarına uyğun olaraq həyata keçirilir.
Qəzetlərin verilməsinə gəlincə, bunu "poçt daşınmasında yaranmış problem" ilə izah ediblər.
T.Bağırzadə 2016-cı ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həbs olunub. O, terrorizm və digər ağır cinayətlərdə ittiham olunaraq 20 il azadlıqdan məhrum edilib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.06B-
Cəmiyyət
-
Ölkə vətəndaşları Qarabağda yaşayan ermənilərin sayını, onların statusunu, bu adamların hüquq və vəzifələrini, ərzaq təminatı normasını və bizdən tutulmuş vergilərdən ibarət dövlət büdcəsindən maliyyələşdirilən hər şeyi bilməkdə haqlıdırlar. Lakin Qarabağın azad olunmasından yeddi ay sonra biz ancaq onu bilirik ki, ermənilər orada qalıb yaşayırlar. Onlar hansı ölkənin vətəndaşlarıdır? Neçə nəfərdir, adları nədir və yaşları neçədir? Əgər bizim həmvətənlərimiz deyilsə, niyə Azərbaycanda dövlətin hesabına yaşayırlar?
-
Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb. Hadisə aprelin 27-də Şuşa rayonunun Qeybalı kəndi ərazisində baş verib.
-
Aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın yağıntısız olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 14+18, gündüz müsbət 26+31 dərəcə olacaq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Rəy yaz