İran sərhədində 306 kq heroin aşkar edilib
Bakı/18.03.19/Turan: Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən avtomobildə 306 kq-dan çox heroin aşkar edilib. Bu barədə ölkənin Gömrük Komitəsinin martın 18-də yaydığı məlumatda deyilir.
Sənədlərə əsasən, yük maşını İranın "Nader Morvarıd Astara" şirkətinin Gürcüstanda "Marıana Younes Saeı Dızajyekan" şirkətinin ünvanına göndərdiyi daş bloklar daşıyırdı.
Biləsuvar gömrük postunda maşın rentgen qurğusundan keçirilərkən 45 blokda ümumi çəkisi 45 kq-da çox olan ağ sellofan paketlərdə heroin aşkar edilib. Yük maşınını İran vətənda
şı Azızıkoshkı Majıd Hassan idarə edirdi.
Məlumatda deyilir ki, yük maşını təkrar yoxlamaq məqsədilə idxal xəttinə yönləndirilib. Amma sürücü hərəkəti davam etdirib və şlaqbaumu sındıraraq İran tərəfə keçib.
Bundan sonra İran vətəndaşı İmanı Rouhollah Alıakbarın idarə etdiyi başqa bir yük maşınında daş bloklar yoxlanılıb. Bu maşında 161 daş blokda 264 kq heroin aşkar edilib.
İki yük maşınında narkotiklərin ümumi çəkisi 306 kq 710 qram təşkil edib. "Qara bazarda" onun dəyəri 21,5 milyon manat təşkil edir. Faktla bağlı araşdırma aparılır, deyə məlumatda bildirilir. -02D-
-
- İqtisadiyyat
- 18 Mart 2019 16:29
-
- Cəmiyyət
- 18 Mart 2019 16:40
Cəmiyyət
-
Çərşənbə axşamı Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Mayın 6-da Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam və gecə saatlarında yağış yağacağı, şimşək çaxacağı. Şimal-qərb küləyi əsəcək.
-
Mədəni müxtəlifliyi və dini tolerantlığı ilə tanınan Azərbaycanda pravoslav xristianlar ən əlamətdar və sevincli bayramlarından birini - Pasxa bayramını qeyd ediblər. Mayın 4-dən 5-nə keçən gecə Bakıda və digər bölgələrdəki pravoslav kilsələrində bayram adət-ənənələri və ayinləri ilə zəngin bayram tədbirləri keçirilib.
-
Mayın 4-də Sumqayıt şəhərində polis əməkdaşları məhkəmənin qərarını icra edərək Azərbaycan siyasətçisi və alimi Qubad İbadoğlunun evində ona hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verən elektron qolbaq tətbiq ediblər. Bu elektron nəzarət vasitəsinin tətbiq olunması İbadoğlunun yerdəyişmələrini müəyyən ərazi ilə məhdudlaşdırmaqla onun hüquqi problemlərinin davam etdiyini göstərir.
Rəy yaz