Bundestaq Azərbaycanın maraqlarına lobbiçilik etdiyinə görə XDİ-nin deputatını cərimələyib
Bakı/14.03.19/Turan: XDİ-dən deputat Karin Strens lobbi firmasının vasitəsilə Azərbaycandan pul aldığını uzun illər gizli saxlayıb. Lakin SPIEGEL bu mövzuda yazı dərc etdikdən sonra Bundestaq deputatı böyük məbləğdə cərimələyib və ona töhmət verib.
SPIEGEL-in məlumatına görə, Bundestaq qapalı iclasında deputatın 20000 avro məbləğində cərimə olunması barədə qərar qəbul edib.
2014-15-ci illərdə o, Line M-Trade lobbi firmasından
14 000-dən 30 000 min avroya qədər pul alıb. Digər deputat Eduard Lintner M-Trade-in Bakıdan maliyyələşdirildiyini təsdiqləyib.
K.Strens deputatların Davranış Kodeksini pozduğuna görə Avropa Şurası Parlament Assambleyası onun AŞPA-ya gəlişinə ömürlük qadağa qoyub.
Xatırladaq ki, 2015-ci ildə K.Strens Avropa Şurasının yeganə alman üzvü olub ki, Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması tələbinin əleyhinə səs verib.
O həmçinin Azərbaycanda seçkilərə nəzarət missiyasında iştirak edib. Səfər Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib. Sonradan K.Strens bildirib ki, maliyyələşmənin Bakıdan daxil olduğundan xəbərsiz olub. -16D-
-
- İqtisadiyyat
- 14 Mart 2019 15:43
-
- Cəmiyyət
- 14 Mart 2019 16:01
Siyasət
-
İstintaq təcridxanasında 8 günlük quru aclıq aksiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun sağlamlığı üçün mənfi nəticələrə səbəb olub. O, 17,5 kq arıqlayıb və onun həzm sistemində problemlər yaranıb.
-
Teleqram şəbəkəsində bu günlərdə korrupsiyaya görə həbs olunmuş Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun daşınmaz əmlakını əks etdirən video yayılıb. Bu, Tver vilayətində Volqanın sahilində bir saraydır. Əmlakın dəyəri təxminən 2 mlrd. rubldur (təxminən 22 mln. dollar). Saray klassisizm üslubunda məşhur Znamenskoe-Raek malikanəsinin eynisidir.
-
Son günlər Qazaxın Ermənistanla həmsərhəd kəndlərində əhali etiraz aksiyaları keçirərək, 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması prosesini pozmağa çalışır.
-
Cümə günü ictimai fəal və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesində zərərçəkmiş tərəf - jurnalist Ülviyyə Muradova (Alovlu) ifadə verib.
Avropa Parlamentinin qətnaməsi niyə qərəzli adlandırılır? - Bəşir Süleymanlı Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:09
- 252
Rəy yaz