Amnesty International: Azərbaycan hakimiyyəti qorxu atmosferini aradan qaldırmalıdır
Bakı/19.03.19/Turan: Azərbaycanda ədalətsiz həbsdə olan fəalların azad edilməsi düzgün istiqamətdə bir addımdır. Amma Azərbaycanda qorxu və təzyiq ab- havasını dəyişmək üçün daha çox səy göstərilməsinə ehtiyac var.
Bu barədə Amnesty International hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.
Təşkilat Novruz bayramı münasibətilə 400-dən çox məhbusun əfv edilməsinə toxunaraq, ölkədə tənqidi səslərə görə uzun müddət həbs olunmuş gənc NİDA-çı fəalların, eləcə də Nardaran hadisələrinə görə həbs olunmuş Fuad Qəhrəmanlının azad olunmasını xatırladır.
Təşkilat yerli hüquq- müdafiə təşkilatlarına istinad edərək hələ də 74 siyasi fəalın, jurnalistlərin və müxalif fəalların ədalətsiz olaraq həbsdə olduğunu qeyd edir.
Aİ hesab edir ki , Azərbaycan hələ də vətəndaş cəmiyyəti üçün demək olar ki, qeyri-mümkün olan repressiv qanunvericiliyi saxlayır, QHT-lərin qeydiyyata alınması və maliyyələşdirilməsi ilə bağlı tələbləri, bu qrupların ölkədən çıxışına hələ də qadağan olan proseslərin davam etdiyini göstərir.
"Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlara Amnesty International da daxil olmaqla, ölkədə insan haqlarının vəziyyətini müşahidə etməyə imkan yaratmalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşları, o cümlədən Avropa İttifaqı ölkədə qorxu və repressiya şəraitinin aradan qaldırılmasından ötrü hakimiyyətin insan hüquqları sahəsində geniş islahatlar aparması üçün Bakıya təzyiq göstərməlidir.
Siyasət
-
Bazar ertəsi ABŞ Gürcüstana bir daha xəbərdarlıq edib ki, kütləvi etirazlara səbəb olan "Xarici agentlər haqqında" qanunu irəli sürərək ABŞ və Avropa İttifaqı ilə münasibətləri riskə atır.
-
Ermənistan Gürcüstan və İranla mehriban qonşuluğu inkişaf etdirməli, Türkiyə və Azərbaycanla isə "düşmənçiliyi idarə etməli, azaltmalı və aradan qaldırmalıdır", regional nəqliyyat marşrutlarını inteqrasiya etməlidir, iqtisadi əlaqələr qurmalı və inkişaf etdirməlidir. Bu barədə mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
240 beynəlxalq vətəndaş cəmiyyəti təşkilatı, alim və hüquq müdafiəçisi korrupsiyaya qarşı mübarizə üzrə ekspert, Azərbaycanda ev dustaqlığında olan Qubad İbadoğlunun azad edilməsini tələb edən açıq məktub dərc ediblər.
-
Kreml nüvə təlimlərinin keçirilməsi barədə elan etdikdən sonra bazar ertəsi ABŞ Rusiyanın "məsuliyyətsiz ritorikasını" pisləyib. Eyni zamanda, ABŞ Rusiyanın strateji mövqeyində heç bir dəyişiklik görmür.
Rəy yaz