Ömer Fatih Sayan

Ömer Fatih Sayan

Bakı/24.03.19/ Turan: Turan agentliyinin xəbərinə görə,bu sözləri agentliyə açıqlamasında Türkiyə nəqliyyat və infrastruktur nazirinin müavini Ömer Fatih Sayan deyib.

Agentliyin "Kars-Tiflis-Bakı dəmiryolunda layihə həcminə nə vaxt çatmaq mümkün olacaq?"- sualının cavabında nazir müavini Sayan deyib ki,xəttin işə düşməsindən sonra əsas məqsədimiz sərnişin və yük daşıma həcminin artırılmasına çalışırıq.

"Bilirsiniz ki, Kars-Tiflis-Bakı dəmiryolu xətti "İpək yolu"nun bir hissəsidir.Ona görə bir an əvvəl işləri tamamlayıb həcmi artırmağımız lazmıdır.İnşallah, artırmağa davam edəcəyik"- deyə Mehmet Fatih Sayan əsas hədəflərini açıqlayıb.

Turan agentliyinin "Sərnişin və yük daşıma sahəsindəki həcmi artırmaq üçün nələr edirsiniz?"- sualına isə nazir müavini Sayan "Bu, iki ölkənin birgə atacağı addımlara bağlıdır.Hər iki tərəfdə bunun üçün çalışırıq.İnşallah,məqsədimizə nail olacağıq"- deyə cavab verib.--0--

Azərbaycan, Türkiyə və Gürcüstanın müştərək investisiyası olan Kars-Tiflis-Bakı dəmiryolu 30 oktyabr 2017-ci ildə açılıb.

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti