Dini fəal Anar Cabbarov narkotik maddə dövriyyəsində ittiham olunub
Bakı/04.04.19/Turan: "Müsəlman Birliyi" Hərəkatının fəalı Anar Cabbarovun taleyinə aydınlıq gətirilib. O, Türkiyədə saxlanılıb və iki həftə öncə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.
Bu müddətdə A.Cabbarovun doğmaları onun saxlandığı yer və ona qarşı sürülən ittihamların məzmunu barədə məlumat ala bilməyiblər. İndi məlum olub ki, A.Cabbarov Kürdəxanıdakı 1 saylı Bakı Təcridxanasına göndərilib. Bu barədə Turan-a onun ailə üzvləri məlumat veriblər.
A.Cabbarov narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur. Doğmaları hesab edirlər ki, onu qarşı ittiham saxtalaşdırılıb, həbs isə sifarişdir. A.Cabbarovun hüquqlarını vəkil Bəhruz Bayramov müdafiə edəcək.
"Müsəlman Birliyi" Hərəkatının fəalı A.Cabbarov Türkiyədə saxlanılıb və martın 22-də Bakıya gətirilərək DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) verilib.
A.Cabbarov 2015-ci il Nardaran hadisələrindən sonra Azərbaycanı tərk edib. Bir müddət Rusiyada qalıb, sonra Türkiyəyə gedib.
2015-ci ilin noyabrında "Müsəlman Birliyi" Hərəkatının fəallarına qarşı kütləvi həbslər başlayıb. Təşkilatın lideri Taleh Bağırzadə də daxil olmaqla, qurumun 46 fəalı və tərəfdaş hazırda həbsxanadır.-06D-
-
- Siyasət
- 4 Aprel 2019 12:38
-
- Böyük Şərq
- 4 Aprel 2019 13:36
Cəmiyyət
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Rəy yaz