Elman Rüstəmov ilin sonuna qədər manatın məzənnəsinin sabit olacağını proqnozlaşdırıb
Bakı/26.04.19/Turan: Makroiqtisdi göstəricilər ilin sonuna qədər manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırmağa əsas verir.
Bu barədə cümə günü keçirilən mətbuat konfransında Azərbaycan Mərkəi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
Milli valyutanın məzənnəsinin sabit qalmasına şərait yaradan amillər arasında Rüstəmov dünya bazarlarında neftin qiymətinin yüksək olmasını göstərib.
Bundan başqa, AMB-nin valyuta hərraclarında ticarət də manatın məzənnəsi ilə bağlı nikbin proqnoz üçün əsas verir.
"Dövlət Neft Fondu hətta valyuta satışı qrafikindən geri qalır. Valyuta hərraclarında tələb və təklif, demək olar ki, üst-üstə düşür. Birinci rübdə Neft Fondu valyuta hərraclarında 1,5 mlrd. dollar, bu günə qədər isə 1,9 mlrd. dollar satıb. Qrafikə əsasən, fond satışlarda 100 mln. dollar geri qalır", deyə AMB sədri bildirib.
O, həmçinin qeyd edib ki, ilin əvvəlindən AMB tərəfindən valyuta müdaxilələrinə ehtiyac olmayıb. -71D-
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Prezidentin quru sərhədləri, Ukrayna müharibəsi, Azərbaycan- Ermənistan münasibətləri haqda açıqlamaları... – İlham İsmayıl Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Cəmiyyət,
- 17:42
- 379
-
- Kənd təsərrüfatı,
- 13:01
- 393
Rəy yaz