Yol polisi Avroliqanın finalına hazırlaşır

Bakı/20.05.19/Turan: Yol Polisi İdarəsi mayın 27-dən 30-dək Bakıya gələn vətəndaşları ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.

Sumqayıt sakinləri Bakı-Sumqayıt marşrutu ilə işləyən avtobuslardan, həm də həmin istiqamətdə hərəkət edən elektrik qatarından istifadə edə bilər.

Bakının girişində pulsuz avtomobil dayanacaqları təşkil edilib və şəxsi nəqliyyat vasitəsilə gələn vətəndaşlar öz avtomobillərini orada saxlayıb sonra avtobuslarla yaxın metro stansiyalarına gedə bilər.

Yol polisi həmin müddətdə şəxsi avtomobillərdən istifadəni azaltmağı və Bakının mərkəzi hissəsinə ancaq ictimai nəqliyyat ilə gəlməyi tövsiyə edir.

Mayın 29-da keçiriləcək Avropa Liqasının "Arsenal"-"Çelsi" final matçına gələn çoxsaylı qonaqların, azarkeşlərin sərbəst hərəkətinin təşkili üçün tədbirlər görüləcək.

Finalın keçirildiyi gün mayın 30-na keçən gecə paytaxt metropoliteni gücləndirilmiş rejimdə işləyəcək və zərurət olarsa saat 04:00-dək işləyəcək. Matç saat 23:00-də başlayacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəb və məqsədləri nə ola bilər? – Mirəli Hüseynov Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti