dailytimes.com.pk
AFFA Mxitaryanın Bakıya gәlmәmәsinә münasibәt bildirib
Baku/ 05.21.19/Turan: AFFA "Arsenal" futbol klubunun oyunçusu Henrix Mxitryanın Bakıya UEFA Avropa Liqasının final oyununa gәlmәkdәn imtinasına münasibәt bildirib.
AFFA-dan bildirilib ki, Mxitaryanın Bakıya "Çelsi"-yә qarşı oyununa gәlmәmәsilә bağlı Arsenalın bәyanatından mәyusluq hissini keçirib. "Biz bu әsaslandırılmamış qәrara tәәssüf edirik vә düşünürük ki bu qәrar oyunçunun, onun ailәsinin vә komandasının tәrәfindәn kollektiv şәkildә qәbul olunub".
Bәyanatda qeyd olunur ki, AFFA oyunçunun Bakıya gәlmәmәk hüququnu tanısa da, bir dә tәkrar edir ki, Azәrbaycan UEFA üçün tәlәb olunan Mxitaryanın şәxsi tәhlükәsizliyinin bütün lazım olan qarantiyaları tәqdim edib. "Son on il әrzindә ermәni idmançılar böyük sayda Azәrbaycanda keçirilәn müxtәlif beynәlxalq tәdbirlәrdә problemsiz iştirak edib".
Britaniyanın "Arsenal" futbol klubunun rəhbərliyi yarımmüdafiəçi, milliyyətcə erməni olan Henrix Mxitaryanı mayın 29-da keçiriləcək Avro vpa Liqasının final oyununa gətirməməyi qərara alıb. Bu barədə The Times qəzeti bildirib.
"Arsenal" təhlükəsizlik baxımından Mxitaryanı oyunlara daxil etməmək niyyətindədir. Klub rəhbərliyi hesab edir ki, Mxitaryanın ətrafında yaranan hay-küy bütün komandaya mənfi təsir göstərəcək.
"Arsenal" Azərbaycan hakimiyyətinin ən yüksək səviyyədə Mxitaryana verdiyi təhlükəsizliklə bağlı zəmanəti yetərli saymır.
Sonda AFFA bildirib ki, bu mәyusedici qәrar bu "möhtәşәm matçın keyfiyyәtinә vә cәlb ediciliyinә tәsir etmәyәcәk".--0--
-
- Siyasət
- 21 May 2019 17:42
Cəmiyyət
-
Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağıntısız keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 12+16, gündüz müsbət 20+25 dərəcə olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Tərtər rayonunda çoban minaya düşərək həlak olub.
-
Mayın 20-də polis 46 kiloqram qanunsuz narkotik maddəni dövriyyədən çıxarıb.
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib. "Təhsildə innovasiya və süni intellektin rolu" adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.
Rəy yaz