Monastery complex David-Gareji

Monastery complex David-Gareji

Azərbaycanın Gürcüstana qarşı heç bir ərazi iddiası yoxdur, Gürcüstanda radikal milliyyətçi qrupların isə bu cür iddiaları vaxtaşırı oyanır, həm də bu dövlətlər arasında sərhədlərin delimitasiyası və demarkasiyası indiyədək yekunlaşmayıb. İki dövlət arasında 446 kilometrlik ümumi sərhəd var, bunun üçdə biri hələ də bölünməyib.

Sərhədlərin delimitasiyası üzrə İkitərəfli Hökumətlərarası Komissiya hələ 1996-cı ildə fəaliyyətə başlayıb və 2007-ci ildə sərhədin 70%-i bölünüb. Bəzi mübahisəli məsələlər, xüsusən, Keşikçidağ monastırı və Erisimedi kəndi ilə bağlı məsələlər qalıb. Amma 2008-ci ildə Cənubi Osetiyada müharibə başlayıb, daha sonra 2012-ci ildə yeni hökumət gəlib və sərhəd problemi uzun müddətə təxirə salınıb.

Azərbaycan ictimaiyyəti Gürcüstanla sərhəd problemindən, demək olar ki, tamamilə xəbərsiz idi və bu problemlə, konkret olaraq monastırın taleyi ilə maraqlanmırdı, amma, görünür, Gürcüstan üçün bu monastır daha böyük mənəvi əhəmiyyət qazanıb, dini bayramlarda monastıra dindarlar axın edir.

Gürcüstanda, "Vətənpərvərlər Alyansı" partiyasını nəzərə almasaq (milliyyətçi, Rusiyayönümlü partiya), əsas siyasi partiyalar monastırın mənsubiyyəti məsələsi ilə məşğul olmurdular. Bu məsələdə radikal dindar vətəndaşlardan ibarət kiçik qruplar, kiçik milliyyətçi qruplar və tələbə qrupları xüsusi fəallıq göstərirdi və onlar hamısı monastırın Azərbaycan hissəsinin yerləşdiyi ərazini Gürcüstana verməyi tələb edirdilər.

Münaqişəni Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili yenidən qızışdırdı. 2019-cu ilin fevralında və aprelində monastırı ziyarət edən prezident ciddi şəkildə dövlətlər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə dövlətlərarası komissiyanın işini təxirə salmadan bərpa etməyə çağırıb, Azərbaycan tərəfi də bunu dəstəkləyib. Amma S.Zurabişvilinin ciddiyyəti Gürcüstanda böyük gərginlik və Azərbaycanda narahatlıq dalğası yaradıb.

(Maraqlıdır ki, Gürcüstan prezidenti monastırın Gürcüstan hissəsinə Avropa mədəni irsin müdafiəsi təşkilatı - Europa Nostra-nın nümayəndələri ilə birlikdə baxıb. Bu təşkilat sözügedən monastır kompleksini təhlükə altında olan abidə elan edib.)

Bu gün monastırla bağlı vəziyyət aşağıdakı kimidir: monastır kompleksinin bir hissəsi Gürcüstan, digər hissəsi Azərbaycan ərazisində yerləşir, amma Gürcüstan vətəndaşlarının sərhədi maneəsiz keçib monastırın Azərbaycan hissəsini ziyarət etməsinə icazə verilib.

2019-cu il aprelin 25-də Azərbaycan tərəfi Formula1 yarışları ilə bağlı təhlükəsizlik məqsədilə Gürcüstan vətəndaşları üçün monastıra sərbəst girişi bağlayıb, bu da Gürcüstanda kütləvi etirazlara səbəb olub və Azərbaycan tərəfdən sərhəd nəzarətinin gücləndirilməsinə gətirib çıxarıb. 3 gün sonra Gürcüstan vətəndaşlarının monastıra girişi Azərbaycan sərhədçiləri tərəfindən bərpa edilib, amma hər iki ölkə ictimaiyyətində gərginlik qalıb. İndi bu məsələ üzrə öz işini bərpa edən dövlətlərarası komissiyanın qərarını gözləmək lazım gələcək.

Bəs bu məsələdə dövlətlərarası komissiyanın qərarı nəyə əsaslana bilər? Əlbəttə ki, bu komissiya problemin tarixi-mədəni aspektini diqqətdə saxlayır, amma bu aspektlər mütləq ola bilməz. 1000 il əvvəl hansısa obyektin tərəflərdən biri tərəfindən inşa edildiyi haqqında arqument mütləq ola bilməz, həm də, bir halda ki, hər iki tərəf monastır kompleksinin onun əhalisinin nümayəndələri tərəfindən yaradıldığını iddia edir. Belə ki, Azərbaycan alimləri sübut edirlər ki, monastır kompleksinin Azərbaycan hissəsi - mağaralarda Azərbaycan yamacında yerləşən hücrələr gürcülər və albanlar tərəfindən deyil, xristianlıqdan çox-çox əvvəl yerli əhali tərəfindən yaradılıb, orada gürcü freskaları və digər artefaktlar isə sonradan ortaya çıxıb.

Dövlətlərarası komissiyanın mütləq nəzərə almalı olduğu məqam 1991-ci ildə Sovet İttifaqının mövcudluğuna son qoyulduğu anda Gürcüstan və Azərbaycan SSR-lərin sərhədləridir. Bu halda SSRİ Nazirlər Şurasının bu respublikalar arasında inzibati sərhədlərin müəyyən edilməsi haqqında son qərarı əsas sənəd olmalıdır, çünki tərəflərin bu sərhədləri beynəlxalq ictimaiyyət tərəfindən tanınıb və sərhədlər bu qərara əsasən müəyyən edilməlidir.

Bu gün SSRİ-dən qalan sərhədlərin vəziyyətinə baxaraq, əminliklə demək olar ki, SSRİ Nazirlər Şurasının sərhədlər haqqında son qərarı müasir sərhədlərlə dəqiqliyi ilə üst-üstə düşür və beləliklə, monastır kompleksinin bir hissəsi Gürcüstana, digər hissəsi Azərbaycana məxsusdur.

Bu halda ehtimal etmək olar ki, Gürcüstan tərəfi monastır ərazisinin bir hissəsini sərhəddə eyni əhəmiyyətə malik hansısa Gürcüstan ərazisi ilə dəyişdirməyi təklif edəcək. Amma bu günə qədər Azərbaycan tərəfi bu təklifi rədd edirdi, çünki gürcülərin tələb etdiyi hissə Azərbaycan üçün həm mühüm mədəni, həm də hərbi-strateji əhəmiyyətə malikdir. Bundan başqa, Azərbaycan Ermənistanla münaqişə vəziyyətində olduğu üçün sərhədlərə yenidən baxılması, torpaq verilməsi, status dəyişdirilməsi və s. məsələlərə çox həssas yanaşır... "Burada torpaq verilməsindən söhbət belə gedə bilməz", deyə Azərbaycan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndələri bildiriblər.

Bu məsələdə yeni Ümumavropa fəlsəfəsini də nəzərə almaq lazımdır. Helsinki Aktında təsdiq edildiyi kimi, bu cür problemlər bütün mümkün ağrılı, bəzən hətta qanlı ərazi mübadilələri ilə deyil, vətəndaşların hüquqlarının vəziyyətinin, onlara yaxın mədəni dəyərlərə, sosial və iqtisadi hüquqlara çıxışının yaxşılaşdırılması ilə həll edilməlidir.

Sərhəd dəyişikliyi deyil, insan hüquqları dəyişikliyi - hər iki ölkənin imzaladığı Avropa konvensiyalarının bizə diktə etdiyi şey budur.

Beləliklə, problemin mümkün həlli yollarından yalnız biri qalır:

- Monastırın Azərbaycan hissəsi Azərbaycanda qalacaq.

- Gürcüstan vətəndaşlarının monastırın Azərbaycan ərazisinə çıxışı maksimum asanlaşdırılacaq və ...

- Hər şey olduğu kimi qalacaq.

Rəy yaz

Analitika

Кто стоит за терактом в «Крокус сити», и каковы его последствия для России? - беседа с политологом Аркадием Дубновым в "Çətin sual"



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti