İşgəncələrə məruz qalmış zabitə ölümündən sonra bəraət verilib
Bakı/10.06.19/Turan: Hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində məhkəmə sənədlərinə əsaslanaraq 2017-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin hərbçisi, polkovnik-leytenant Saleh Qafarova tutulma və istintaq zamanı verilən işgəncələr barədə yazıb.
Həmin materiallar Criminal.az saytında dərc edilib.
S.Qafarov 2017-ci il mayın 4-də dövlətə xəyanət ittihamı ilə həbs edilib. O, istintaq zamanı ölüb. Bir ildən sonra 2018-ci il mayın 4-də onunla bağlı cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
S.Qafarov peşakar zabit olub, ermənilərlə döyüşlərdə fəal iştirak edib, nümunəvi və qüsursuz xidmətlərinə görə dəfələrlə orden və medallarla təltif olunub.
2017- ci il mayın 4-də evindən zorla aparılaraq Tərtərdə hərbçi həmkarları tərəfindən ölüncəyə qədər ağır işgəncələrə məruz qalıb.
O.Gülalıyevin bildirdiyinə görə, zorakılığı Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri törədiblər.
Məhkəmə materiallarında S.Qafarovun cəsədi ətraflı təsvir olunub ki, bu da onun vəhşicəsinə işgəncələrə məruz qaldığını sübut edir. Eyni zamanda ona tibbi yardım göstərilməyib.
Zabitdən tələb ediblər ki, Ermənistanın xüsusi xidməti ilə əməkdaşlıq etdiyini etiraf etsin.
Öldükdən sonra S.Qafarovu doğulduğu və yaşadığı Qəbələ rayonunun Aydınqışlaq kəndinin qəbiristanlığında 300 nəfər polisin və hərbçinin iştirakı ilə dəfn ediblər. Ailə üzvlərinin, qohumlarının dəfn mərasimində iştirakına icazə verməyiblər.
Uzun müddətdən sonra bir qrup hərbçinin törətdiyi bu cinayətin üstü açılıb və zabiti öldürən hərbçilər həbs olunaraq mühakimə ediliblər. İstintaq müəyyən edib ki, S.Qafarov və onun digər xidmət yoldaşları günahsız yerə əziyyət çəkiblər.
Ancaq günahkarları (5 hərbçi) S.Qafarovun ölümünə görə yox, başqa ittihamlarla həbs ediblər və 6 il azadlıqdan məhrum ediblər.
Bu faktlarla bağlı Müdafiə Nazirliyindən və Hərbi Prokurorluqdan şərh almaq mümkün olmayıb. Həmin orqanlardan birinin adının açıqlanmasını istəməyən nümayəndəsi deyib ki, artıq məhkəmələr baş verənlərə hüquqi qiymət veriblər. -03B06-
-
- Cəmiyyət
- 10 İyun 2019 11:59
-
- İqtisadiyyat
- 10 İyun 2019 13:30
Cəmiyyət
-
Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək Azercell böyük məmnuniyyətlə ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir. Azercell-in bu təşəbbüsdə iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.
-
2024-cü ilin ilin əvvəlindən ölkə əhalisinin sayı 6769 nəfər və ya 0,1 faiz artaraq 10187539 nəfərə çatıb. Bu barədə Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
-
Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, cümə günü, aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 27 dərəcəyə qədər isti olacaq.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bununla bağlı yayılan məlumatı təsdiqləyib. O, "Interfax" agentliyinin sualına "Bəli, bu, həqiqətən də belədir" deyib.
Rəy yaz