İstintaq zamanı öldürülən zabitlərin ailələri Müdafiə Nazirliyini məhkəməyə verir
Bakı/12.06.19/Turan: Mərhum zabit Səxavət Binnətovun xanımı Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verərək 200 min manat kompensasiya tələb etdikdən sonra 2017-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq işgəncələr nəticəsində ölən digər hərbçilərin dul xanımları da belə etmək qərarına gəliblər.
Zabit Elşən Mirzəyevin dul xanımı Günay İbrahimova Müdafiə Nazirliyini ərinin ölümündə günahlandırır.
"Onu dövlətə xəyanətdə ittiham ediblər və ölüncəyə qədər işgəncə veriblər. Bundan sonra məhkəmə qərar çıxarıb ki, ittiham təsdiqlənməyib. Buna görə kim cavab verəcək? Mənim maddi durumum çətinləşib. Evimiz yoxdur, ailə başçısını itirmişik, azyaşlı övladım var. Uşaq keçirdiyi stressdən ürək xəstəliyi tapıb, dərman sayəsində yaşamağa məcburdur", - o bildirib.
Digər zabit Sahib Qafarovun dul qalmış xanımı Natəvan Qafarova da Müdafiə Nazirliyini məhkəməyə vermək niyyətindədir.
"2018-ci ildə məhkəmə həyat yoldaşımın günahsız olması barədə qərar çıxarıb. Ancaq biz kompensasiya, ərimə şəhid statusunun verilməsini və bizə mənzil ayrılmasını tələb edilik", - o deyib.
*Xatırladaq ki, 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, DİN və Müdafiə Nazirliyi birgə bəyanat yayaraq Tərtər rayonunda erməni kəşfiyyatı ilə əməkdaşlıq edən bir qrup hərbçi və mülki şəxsin ifşa olunduğunu bildirmişdi.
İstintaq zamanı onlarla şəxs həbs edilib. Qeyri-rəsmi məlumatlara görə, istintaq zamanı 8 nəfərə dəhşətli işgəncə verilib. Sonradan onlardan 4-ü günahsız olduğuna görə məhkəmə tərəfindən bəraət alıb.
Qeyri-rəsmi məlumatlara görə, ittihamları saxtalaşdıran və həbs olunanlara işgəncə verən müstəntiqlər və hərbçilər 6 il azadlıqdan məhrum ediliblər.
Lakin hakimiyyət hələ də bu işin detallarını açmayıb və hadisəyə qiymət verməyib.06D--
Cəmiyyət
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
-
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
Avropa Parlamentinin qətnaməsi niyə qərəzli adlandırılır? - Bəşir Süleymanlı Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:09
- 274
Rəy yaz