Абульфаз Буньядов
Ali Məhkəmə ağır xəstə olan Əbülfəz Bünyadovu həbsdən azad etməyib
Bakı/12.06.19/Turan: Bu gün Ali Məhkəmə Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş Əbülfəz Bünyadovun kassasiya şikayətini təmin etməyib.
İşə baxılması ərəfəsində bir qrup hüquq müdafiəçisi, fəal və ziyalıların nümayəndəsi ölkə rəhbərliyinə müraciət edərək Ə.Bünyadovun vəziyyətinin ağır olması - əl-ayaq iflici, hepatit C, bağırsaq infeksiyası ilə əlaqədar azadlığa buraxılmasına yardımçı olmağı xahiş edib.
Lakin məhbusun həyatına təhlükə olmasına baxmayaraq, demokratik ictimaiyyətin səsi eşidilməyib.
Xatırladaq ki, 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı Ə.Bünyadovun aldığı güllə yarası onurğasını zədələyib. Yataq xəstəsi olmasına baxmayaraq, onu bir neçə ay həbsdə saxlayıblar.
Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Lakin məhkəmə onu konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, terrorizm və s. ittihamlarla 15 il azadlıqdan məhrum edib.-06D-
-
- İqtisadiyyat Göstəriciləri
- 12 İyun 2019 13:48
-
- Siyasət
- 12 İyun 2019 14:11
Cəmiyyət
-
Aprelin 18-də Bakıda və Abşeronda yağıntısız isti hava şəraiti davam edəcək. Səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək.
-
Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılma prosesi başlayıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 17-də bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib: "Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".
-
Aprelin 17-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bloger Cəmil Məmmədlinin işi üzrə məhkəmə prosesi başa çatıb.
-
Azərbaycanın yaşıl mənzərələrlə əhatə olunmuş Şəki şəhərində keçmişlə bağlı xatirələri saxlayan tarixi qala yerləşir. Ancaq son açıqlamalar onun qədim daşlarına qaranlıq kölgə salıb, qalanın sakit fasadının arxasında gizlənmiş narahatverici zorakılıq və zülm tarixçəsini ortaya qoyub.
Rəy yaz