AXCP fəalı 30 sutka həbs edilib
Bakı/25.06.19/Turan: İyunun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Eldəniz Ağayevə 30 sutka inzibati həbs cəzası verilib. Bu barədə Turan-a AXCP-dən bildiriblər.
Mənbənin məlumatına görə, E.Ağayevi iyunun 24-də iş yerindən aparıblar. Lakin polisdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin (polisin qanuni əmrinə tabe olmamaq) pozulmasına dair protokol tərtib edilib.
"Başa düşə bilmirik ki, iş yerində olan şəxs polisə necə müqavimət göstərə bilər?", - AXCP-dən deyiblər.
Qeyd ediblər ki, E.Ağayev sosial şəbəkələrdə çox fəal idi və inzibati cəza almasına səbəb də bu fəallğı ola bilər. -05B06--
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz