news-front.info

news-front.info

Facebook sosial şəbəkəsində onkoloji xəstəlikdən əziyyət çəkən iki uşaq hadqa məlumat və onların fotoları yayılıb. 6 yaşlı Sadığın və 14 yaşlı Xaqaninin valideynləri uşaqların müalicəsi üçün pul toplanmasını xahiş edirlər, bank hesablarının ünvanını göstərirlər.

Azərbaycan Konstitusiyasının 41-ci bəndində Azərbaycan vətəndaşının sağlamlığının qorunması və müalicə hüququnun olması bəyan edilir. "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun onuncu maddəsində deyilir: "Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır".

Əslində, ölkəmizdə onkoloji xəstəliklərin heç də hamısı dövlət hesabına müalicə olunmur. Bakı Onkologiya Mərkəzində hər tibbi manipulyasiya üçün pul ödəmək lazımdır. Rüşvətin təfərrüatları və həcmi "Zerkalo" saytındakı məqalədə açıqlanıb.

http://zerkalo.az/skolko-stoit-besplatnoe-lechenie-onkologicheskih-bolnyh/

Bu mövzuda ikinci yazı isə belə adlanır: "Azərbaycanda xərçəng xəstələri üçün prays-list: günlük 1820 manat".

https://median.az/index.php?newsid=56101

"Şükürlər olsun ki, bu gün bizdə onkoloji xəstələri saxlamaq və müalicə etmək üçün hər şey var - dərman, avadanlıq, həkimlər də ixtisaslaşıb", - Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib. Doktor xərçəng xəstələrinə yardım olaraq pul toplanması barədə elanlara inanmır və yardım adı altında pul toplayıb ölkədən gedən ailəni göstərir.

Lakin mətbuatda dövlət klinikalarında onkoloji xəstəliklərin müalicəsi üçün vətəndaşlardan pul alınmasına dair sübutlar az deyil.

"Onkoloji xəstəlikdən şübhələnən şəxslərdən ilkin müayinə üçün müxtəlif bəhanələrlə ən azı 500 manat alırlar. Pasiyentin tibbi kartını bir korpusdan başqasına, məsələn, deyək ki, kimyəvi terapiya kabinetindən müalicə edən həkimə aparmaq üçün 20 manat istəyirlər. Bir kimyəvi terapiya proseduru xəstəyə 300 manata başa gəlir. Dəfələrcə, hər 21 gündən bir, yəni hər uç həftədən bir edildiyindən- xəstəliyin mərhələsindən asılı olaraq - 2-dən 8 dəfəyə qədər- hansısa müddət sonra bütün seansı təkrar etmək lazım gəlir, təsəvvür edin, ağ xalatda pul tələb edənlər nə qədər alır. Şüa terapiyası ucuz başa gəlir - 28 seans 1000 manata", - Median.az-da dərc edilən məqalədə deyilir.

Azərbaycanın baş onkoloqu Azad Kərimli bildirir ki, rəhbərlik etdiyi Bakı Onkologiya Mərkəzində bütün dərmanlar və şərait var, üstəlik də pulsuz. Ancaq xəstə qızın atası Fərman İmanquliyev deyib ki, neyroblastomadan əziyyət çəkən qızının ABŞ-a getməsi lazım idi, çünki Azərbaycanda bu xəstəliyi müalicə etmirlər. Amerikada müalicə ailəyə 700-800 min ABŞ dollarına başa gəlib.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox ağciyər xərçəngi (kişilərdə) və süd vəzisi xərçənginə (qadınlar) rast gəlinir. Lakin Səhiyyə Nazirliyinin və Onkologiya Mərkəzinin rəsmi və açıq saytlarında neçə min vətəndaşın hər il dövlət hesabına pulsuz müalicə alması barədə məlumat yoxdur.

Səhiyyə Nazirliyində "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı" var. Bu proqram çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə mühüm preparatlar və digər tibbi preparatların siyahısına 229 dərman və dərman preparatı daxildir. Ancaq bu preparatlar onkoloji xəstəliklərdən əziyyət çəkənlərə pulsuz verilir.

http://www.turan.az/ext/news/2019/2/free/Social/ru/78650.htm

Tibbi statistikaya görə, hər il Azərbaycanda xərçəngdən 4 000 -5000 xəstə ölür. 2018-ci ildə təxminən on milyon əhaliyə 45 mindən çox onkoloji xəstə düşüb. Onlardan 17,436 nəfəri beş ildən çoxdur ki, bu xəstəliklə mübarizə aparır.

Təsdiqlənmiş dövlət büdcəsinə görə, 2019-cu ildə səhiyyəyə ayrılan xərclər 1,048 mlrd. manat təşkil edəcək ki, bu da ötən ildə olduğundan 301 mln. manat çoxdur. 2019-cu ildə Azərbaycanın dövlət büdcəsindən onkoloji xəstəliklərin müalicəsinə 33 milyon manata yaxın vəsait ayrılıb.

Belə olduğu halda niyə onkoloji xəstələr öz hesabına müalicə almağa məcburdur? Tibb Universitetinin Onkologiya Klinikasının müalicə işi üzrə direktorunun müavini, dosent Nəsimi Qasımov bunun səbəblərini belə izah edib: "Bizdə onkologiya üzrə Dövlət Proqramı var. Proqram çərçivəsində xəstələr pulsuz müalicə alırlar. Ancaq bəzi müayinələr var ki, onları yalnız özəl tibbi sektorda və ya xaricdə aparmaq mümkündür, onlara görə pasiyentlər pul ödəməlidir. Lakin proqrama daxil olan siyahıda göstərilən preparatlar və tibbi xidmətlər pulsuzdur".
https://media.az/society/1067720359/harakter-cheloveka-vsegda-imeet-shodstvo-s-harakterom-rakovoy-opuholi/

Qonşu ölkələrdəki vəziyyətlə müqayisə aparaq. Gürcüstanda hər il xərçəng xəstəliyi ilə bağlı doqquz min yeni hadisə aşkar edilir. Ölkədə ən geniş yayılmış onkoloji xəstəlik döş və qalxanabənzər vəz xərçəngidir. Hazırda Gürcüstanda kimyəvi terapiyanın 70%-i, hormonterapiya, həmçinin şüa terapiyası və bahalı preparatlara görə bəzi xərclər dövlət tərəfindən ödənilir. Lakin dövlət tərəfindən maliyyələşdirilməyən xidmətlər var.

https://sputnik-georgia.ru/georgia/20190206/244219419/zhitelyam-tbilisi-pomogut-v-lechenii-raka.html

Ermənistan dövləti uşaqlarda aşkar edilmiş onkoloji xəstəliklərin stasionar müalicəsi zamanı xərclərin bir hissəsini öz üzərinə götürür. 2019-cu ilin yanvarında Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri bildirib ki, dövlət sifarişi çərçivəsində onkoloji xəstəliklər zamanı əməliyyatlar pulsuz ediləcək. Bunun ardınca dövlətin bu cür bahalı xidmətləri bütünlüklə ödəməməsi ilə bağlı tənqidi fikirlər səslənib.

"Biz hesabladıq ki, cərrahi əməliyyatların yükünü öz üzərimizə götürə bilərik. Biz kimyəvi terapiya, şüa terapiyası ilə bağlı xərcləri də öz üzərimizə götürmək istərdik, ancaq başa düşdük ki, bu, çox ağır yükdür və bu "ştanq"ı qaldıra bilməyəcəyik. Odur ki, bu il gücümüz çatan "ştanq"ı qaldırdıq. Gələn il büdcənin artması ilə kimyəvi terapiya, şüa terapiyası ilə bağlı məsələlərə də baxacağıq", - nazir açıqlama verib.

Uşaq onkologiyasına gəlincə, Torosyan etiraf edib ki, 30% halda valideynlər uşaqlarını xaricdə müalicə etdirməyə üstünlük verirlər. Ermənistanda müalicə alan uşaqlar üçün isə dövlət kimyəvi terapiya kursunu ödəyir, ancaq dərmansız.

"Ən azı valideynlərdən kateter və digər ləvazimatlar gətirmək, palataya görə pul vermək tələb olunmur", - nazir deyib.

Bu il erməni uşaqlarda onkoloji xəstəliklərin müalicəsi üçün dövlət sifarişinin maliyyələşdirilməsinə 50 milyon dram (100 min dollar) ayrılıb.
https://ru.armeniasputnik.am/society/20190311/17655114/vlasti-armenia-budut-finansirovat-lechenie-raka-lish-chastichno-torosyan.html

Rəy yaz

Söz istəyirəm

İran Prezidentinin həlak olduğu hadisə Azərbaycan- İran münasibətlərinə təsir edə bilərmi? – Nəsimi Məmmədli Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti