Kinematoqrafçılar İttifaqı Milli Kino Gününü qeyd edəcək
Bakı/30.07.19/Turan: Avqustun 1-də Azərbaycan Kinematoqrafçılar İttifaqı avqustun 2-də qeyd olunan Azərbaycan Milli Kinosu Gününə həsr olunmuş tədbir keçirəcək. Tədbir çərçivəsində Kino Evinin təntənəli açılışı olacaq, bu barədə AKİ-nin Turan agentliyinə daxil olan press-relizində deyilir.
Bundan başqa, bir çox kinematoqrafçılara Azərbaycan kinosunda göstərdikləri fəaliyyətlərinə görə mükafatlar təqdim olunacaq. Bu ilki mükafatlara yaradıcı ziyalıların dörd nümayəndəsi layiq görülüb. Onların adları iyul ayının 31-də açıqlanacaq.
Tədbir bayram konserti ilə başa çatacaq.
Tədbir 1 avqust saat 18:00-da Bakı şəhəri, Həsən Seyidbəyli 18, Kinematoqrafçılar İttifaqının Kino Evində keçiriləcək.
Əlavə məlumat və akkreditasiya üçün: email: info@aki.az, tel: (+99412) 497-19-10, (+99470) 335-03-05.
Akkreditasiya 31 iyula qədər davam edəcək, deyə press-relizdə qeyd edilir. -02D-
Mədəniyyət
-
Mədəni irs dedikdə hər bir xalqın adət-ənənələri, onlara məxsus incəsənət növləri, mədəniyyət və dəyərlər nəzərdə tutulur. Mədəni irs bütün dövrlərlə əlaqələrimizi təmsil edir.
-
Antik əşyalara olan maraq zaman keçdikcə inkişaf edən dünyada insanların diqqətini daha çox çəkməyə başlayıb. Bəzi adamlar bu əşyalara baxanda uşaqlığını, gəncliyini xatırlayır.
-
Azərbaycan Milli İncəsənət Muzeyində aprelin 3 də numizmat Rüstəm Hüseynovun Azərbaycan sikkələrində damğalar haqqında mühazirəsi keçirilib
-
Türkiyənin ən güclü özəl nəşriyyatı “Kırmızı kedi” araşdırmaçı-yazar Timur Soykanın “Baron istilası” kitabını böyük tirajla çap edib. Kitabda Rövşən Caniyev, Nadir Səlifovla bağlı geniş məlumatlar da öz əksini tapıb.
Rəy yaz