Фуад Ахмадли
Apellyasiya məhkəməsi müxalifətçini azad etməyib
Bakı/05.07.19/Turan: Bu gün Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Fuad Əhmədlinin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı şikayətini təmin etməyib.
Xatırladaq ki, F.Əhmədli 2016-cı ilin avqustunda "Əməliyyat- axtarış fəaliyyəti haqqında qanun"un pozulması və "Azerfon" mobil telefon istifadəçilərinin şəxsi məlumatlarının yayılması ittihamı ilə həbs edilib. Bundan əlavə, o, vəzifə səlahiyyətini aşmaqda ittiham olunub.
2017-ci il iyunun 16-da 4 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıblar.
Bu ilin mayında Suraxanı Rayon Məhkəməsi F.Əhmədlinin cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib.
Bu gün Penitensiar Xidmət bir daha mənfi xasiyyətnamə təqdim edərək bildirib ki, F.Əhmədli "islah olunmayıb", "törətdiyi cinayətdən peşman deyil" və s.
Vəkil Elçin Sadıqov F.Əhmədlinin "öz günahını etiraf etməməsi" arqumentinin tutarlı olmadığını deyib, çünki qanunvericiliyə görə, bu, vaxtından əvvəl şərti azadlığa buraxılmadan imtina üçün əsas oa bilməz.
F.Əhmədli özü deyib ki, koloniyanı təmsil edən əməkdaş ikinci dəstədə çalışır, məhkum isə 4-cü dəstədə olduğu üçün onun işi üzrə çıxış etməyə səlahiyyəti yoxdur.
Sonda hakim şikayəti təmin etməyib.
Fuad Əhmədli siyasi məhbus kimi tanınıb.06D--
-
- Siyasət
- 5 İyul 2019 13:45
Cəmiyyət
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
Rəy yaz