Azərbaycanlı sərhədçi yaralanıb

Bakı/18.07.19/Turan: Ötən gecə saat 00:20-də Ermə­nistan Silahlı Qüv­vələri Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açmaqla atəş­kəs rejimi pozub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Azərbaycan tərəfi cavab atəşi açıb, Dövlət Sərhəd Xidməti məlumat verib.

Hadisə zamanı "Qa­zax" sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yaralanıb. Əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib, hazırda həyatı üçün təh­lükə yoxdur.

DSX rəisi Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib.-06d-

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti