Natiq Cəfərli

Natiq Cəfərli

Bakı/18.07.19/Turan: İyulun 21-27-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi üçün ayrılan vəsait haqda məlumat müvafiq dövlət qurumları tərəfindən açıqlanmır.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsində Gənclər və İdman Nazirliyinə idman tədbirlərinin keçirilməsi üçün 325 mln. manat nəzərdə tutulmuşdu. Lakin Avropa Gənclər Olimpiya Festivalı üçün nə qədər nəzərdə tutulduğu dəqiqləşdirilmir.

Lakin tədbir kifayət qədər böyük olduğundan məbləğin da az olmadığını demək mümkündür.

Eyni zamanda N.Cəfərli qeyd edib ki, festivalla bağlı həm beynəlxalq, həm yerli mediada məlumat kifayət qədər azdır və bu, populyar yarış deyil. Ona görə də onu izləmək üçün çoxlu turistin gələcəyini söyləmək yersizdir.

"Hökümət dəfələrlə idman yarışların turizmin inkişafına dəstək verməsini vurğulasa da, belə bir tendensiya yoxdur. Ölkəyə gələn turistlərin sayı ilə idman tədbirlərinin əlaqəsi yoxdur. Gürcüstana heç bir yarış olmadan turistlər gedir və bu ölkəyə gələn turistlərin sayı 20% artıb", - N.Cəfərli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda idman yarışlarından gəlir götürmək ənənəsi yoxdur və "Olimpiya Festivalı həmin yarışlardan biridir. Ölkəyə gələn 3 mindən çox idmançının, onların məşqçilərinin və komandaların xərclərini Azərbaycan çəkəcək.

Azərbaycanda idman yarışlarında heç bir ölkə ilə müqayisə olunmayan dərəcədə çox vəsait ayrılır. Buraya gəlmək, qalmaq, qidalamaq və s. xərclər aiddir.

Ekspert hesab edir ki, xərclərin yüksək olması Azərbaycanda idarəçilik problemləri və korrupsiyadan irəli gəlir.

"Azərbaycanda korrupsiya və büdcə oğurluğunun səviyyəsi fantastik dərəcədə yüksəkdir. Nəzarət mexanizminin olmaması ayrılan vəsaitin hara xərcləndiyini deməyi çətinləşdirir. Azərbaycanda istər idman yarışı olsun, istər binanın təmiri, fərq etməz, ayrılan vəsaitin böyük bir qismi korrupsiya sxemləri ilə mənimsənilir", - N.Cəfərli bildirib.

Öz növbəsində Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Avropa Festivalına ayrılan vəsait ilə bağlı Turan-ın sualına cavab olaraq deyib ki, büdcə ilə bağlı suallara cavab verməyə səlahiyyəti yoxdur.

Maliyyə Nazirliyinin mətbuat xidmətinə telefon etmək mümkün olmayıb.

Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək.

Yarışlarda 50 ölkədən 14-18 yaşında 3000-ə yaxın atlet iştirak edəcək. Yarışlar idmanın 10 növü üzrə keçiriləcək.

Avropa festivalları 1991-ci ildən başlayaraq iki ildə bir dəfə keçirilir.21B--

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti