Azərbaycanın müdafiə naziri İranın Bakıdakı səfiri ilə görüşüb

Bakı/18.07.19/Turan: Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəni qəbul edib.

Z.Həsənov Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.
Nazir "Beynəlxalq Ordu Oyunları-2019" yarışları çərçivəsində ölkəmizin ərazi sularında təşkil olunacaq "Dəniz Kuboku-2019" müsabiqəsində Azərbaycan və İran hərbi dənizçilərinin birgə iştirakını Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsinə töhfə kimi dəyərləndirib.
Öz növbəsində iranlı diplomat iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişafının regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.

Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, eləcə də regional problemlər müzakirə olunub.-06D-

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti