Polad Aslanovun şikayətini Baş Prokurorluq araşdırır
Bakı/17.08.19/Turan: Avqustun 16-da həbsdə olan "xeberman.com" saytın redaktoru Polad Aslanovla bağlı müraciətə Ombudsman Aparatından və Baş Prokurorluqdan cavab gəldi.
Bu barədə AzadlıqRadiosuna bildirən Aslanovun həyat yoldaşı Gülmirə Aslanovanın sözlərinə görə, Ombudsman Aparatından məktubunda bildirilir ki, redaktorun əsassız həbs ediməsi, işgəncələrə məruz qalması, barəsində başlanılmış cinayət işi üzrə Dövlət Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsində istintaqın qeyri-obyektiv aparılması və vəkili Elçin Sadıqovun təzyiqlərə məruz qalması halların yoxlanması və tədbirlərin görülməsi üçün Baş Prokurorluğa müraciət olundu. "Baş Prokurorluqdan gələn məktubda isə qeyd edilmiş hallarla bağlı araşdırma aparılır. Bunun üçün məni prokurorluğa dəvət ediblər".
Aslanova vurğuladı ki, bu həftə ərzində onun müraciətinin əsasında Polad Aslanovun yanına saxlandığı DTX-nin İstintaq Təcridxanasına Baş Prokurorluğun nümayəndəsi gedib. "O, Polad Aslanovdan saxlandığı şəraitdən razı qalıb-qalmamasını soruşub. Halbuki, nümayəndə cinayət işin düzgün aparılıb-aparılmamasını, həbsin əsl səbəblərini araşdırmalıdır. Polad Aslanov həmin nümayənsilə bağlı Baş Prokurorluğa müraciət ünvanlayıb ki, həmin nümayəndə ya öz işini bilmir, ya da təlimatlandırılmış şəkildə göndərilib. Ümumilikdə, Polad Aslanov prokurorluğun apardığı araşdırmadan narazıdır", - deyə Aslanova bildirib.
Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətindən və Baş Prokurorluqdan münasibət öyrənmək hələ ki, mümkün olmayıb.
P.Aslanov iyunun 12-də saxlanılıb, 14-də isə Sәbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs qәtimkan tәdbiri seçilib.O, CM-nin 274-cü maddәsi ilә (dövlәtә xәyanәt) ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
Polad Aslanov 2018-ci il aprelin 19-da - 29 yaşında hərbi xidmətə aparılmışdı.
O zaman ailəsi bildirirdi ki, o səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona "sülh şəraitində hərbi xidmətə yararsız" olması barədə hərbi bilet verilib. Həyat yoldaşı iddia edirdi ki, onu peşə fəaliyyətinə görə cəzalandırmaqdan ötrü bu addımı atıblar: "Yoxsa ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?"
Amma həmin vaxt ailəsinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.
Polad Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub.-06D--
-
- Cəmiyyət
- 17 Avqust 2019 11:20
Cəmiyyət
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
-
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.
Rəy yaz