Taxta bazarı söndürülüb (YENİLƏNİB)
"Taxta bazarı" deyilən ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə Turana məlumat verən Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşının sözlərinə görə, üç saatdan çox davam edən yanğının sahəsi 1500 kvardratmetrdən artıq idi. Yanğın zamanı ciddi xəsarət alan olmayıb.
* * *
2019 Avqust 22 (Cümə axşamı) 21:56:41
Dərnəgüldə inşaat materialları bazarında böyük yanğın
Bakı/22.08.19/Turan: Avqustun 22-də saat 16 radələrində Dərnəgül qəsəbəsində inşaat materialları bazarlarından birində yanğın baş verib.
"Taxta bazar" adlanan bazar taxta məmulatların topdan ticarət mərkəzi kimi məşhurdur.
Yanğınla əlaqədar Bakı Nəqliyyat Agentliyi Ziya Bünyadov qəsəbəsindən Dərnəgül yoluna gedən yolu bağlayıb və avtonəqliyyat sürücülərini alternativ yollardan istifadə etməyə çağırıb.
Sosial şəbəkə istifadəçilərinin məlumatına görə, bazarın üzərindəki qara duman burumları bir neçə kilometr məsafədən görünür.
FHN hələlik yanğınla bağlı məlumat yaymayıb. Şahidlərin sözlərinə görə, hadisə yerinə yanğınsöndürmə briqadaları gedib. -02D-
Cəmiyyət
-
Bakıda Dövlət Yol Polisinin mobil patrulları taksi sürücülərini müvafiq icazələr əsasında işə cəlb etmək və taksidə yeni iş qaydalarını izah etmək üçün reydlər keçirirlər. Reydlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iştirak edir, - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirir. Eyni reydlər Sumqayıt şəhərində də müşahidə olunub.
-
Uzun illərdir Xəzər dənizinin səviyyəsinin azalması həm hidroloqların, həm də geniş ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Azərbaycanda dəniz səthinin xeyli azalması Sumqayıtda və Bakı Dəniz Bulvarı boyunca dənizin dayazlaşması ilə özünü büruzə verirdi. Lakin son vaxtlar hava şəraiti yeni ümidlər yaradıb.
-
Bazar günü, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-20 dərəcə isti olacağı ehtimal edilir, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Mayın 17-də gün ərzində Azərbaycanda kiber üsullarla ən az 22 halda bank kartlarından abunəçilərə məxsus pullar oğurlanıb.
Rəy yaz